114 Beyhaqinin Şuabul İman (6/323) əsərində, Muhəmməd İbn Sirindən belə dediyi qeyd olunur: “Sizə qardaşınızla əlaqədar bir xəbər gələndə, o zaman onun üçün üzr axtarın. Əgər onun üçün üzr tapa bilməsəniz, o zaman: “Onun üzrü var”- deyin. Beyhəqi həmçinin Şuabul İmanda (7/552) Həmdun əl-Qassarın belə dediyini qeyd edir: “Qardaşlarınız arasından birinin ayağı büdrəyəndə, o zaman onun üçün yetmiş üzr axtarın. Qəlbiniz bunu qəbul etməsə, o zaman bilin ki, xata sizin nəfsinizdədir. Çünki Müsəlman üçün yetmiş üzr yeri qoyulduğu halda qəlbiniz bunu qəbul etmədi!”.