XavariCLƏr və yeni İdeologiyalari


ƏHLİ SÜNNƏ VƏ CAMAATIN XƏVARİC FİRQƏSİNƏ MÜNASİBƏTİ



Yüklə 473,5 Kb.
səhifə8/19
tarix17.02.2022
ölçüsü473,5 Kb.
#114521
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

ƏHLİ SÜNNƏ VƏ CAMAATIN XƏVARİC FİRQƏSİNƏ MÜNASİBƏTİ



Əhli Sünnə və camaatın etiqadına görə xəvaricilər müsəlmanların birliyini pozan batil və bidətçi firqədirlər.

Xəvariclərin təkfir olunması ilə əlaqədar alimlərin iki məşhur rəyi vardır30. Düzgün rəy onların kafir olmamasını deyən rəydir31. Səhabələr onlara qarşı vuruşmaq fikrində yekdil olsalar da onlara kafir deməmişlər32. Xəvariclər nahaq qan tökməyincə və müsəlmanların mallarına əl qoymayınca səhabələr onlarla vuruşmadılar. Onlara qarşı döyüşməkdə məqsəd onların kafir olması deyildi, sadəcə olaraq onların zülmünün qarşısını almaq idi. Bu səbəbdən, səhabələr xəvariclərin qadınlarının şərəfinə toxunmur, mallarını da qənimət götürmürdülər33.

Səhabələrin Xəvaricləri kafir görməməsinin sübutu onların arxasında namaz qılmaları idi. Abdullah ibn Ömər (radiyallahu anhu) və digər səhabələr Nəcdəh əl-Hərurinin arxasında namaz qılardılar. Onlara hədis rəvayət edər, fətva verər və sıravi bir müsəlmanın digər müsəlmanla danışdığı kimi onlarla danı­şar­dı­lar. Buna misal Buxarinin rəvayət etdiyi kimi Nəcdə əl-Həru­ri­nin bəzi məsələləri soruşanda Abdullah İbn Abbasın  ona ca­vab verməsidir. Eynilə, məşhur məsələlərlə əlaqədar Nafi ibn əl-Əzrəqə cavab vermiş və iki müsəlmanın mübahisə etdiyi ki­mi Qurandakı məsələləri də onunla müzakirə etmişdir.

Xəvariclər müsəlmanları mürtəd adlandırana qədər mü­səl­man­lar onlarla bu cür davranırdılar34. Peyğəmbər  onları İslam­dan çıxarmamış, əksinə onları müsəlman saymış və on­la­rın cəhənnəmdə əbədi qalacaqlarını söyləmə­mişdir. Bax bu bö­yük qaydadır və bunun nəzərə alınması çox əhəmiyyətlidir.

Ona görə də hər əsrdə rəhbərlər müsəlmanların baş­çı­ları­nın itaətindən çıxanlara qarşı mübarizə aparmış, alimlər də on­lar­la birgə mübarizəyə qoşulmuş və bu məsələdə onları ruh­lan­dır­mışlar. Alimlər bu mübarizə və bunu həyata keçirən kəslərin özəl­liklərinə dair kitablar yazmışlar. Ona görə bu işə qoşulan şəxsdə buna dair heç bir şəkk-şübhə qalmamışdır35.

Elm adamlarına görə bu mənfur məzhəb meydana çıxarsa, müsəlmanlar ilk növbədə onları Allah yoluna dəvət etməklə və insan­ları bu haqda maarifləndirməklə müalicə etməlidirlər.36



Yüklə 473,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin