Sual (№2) fətva (№5226): Təkfir nə zaman caizdir və nə zaman caiz deyildir? Allahın aşağıdakı sözündə təkfirin hansı növündən söhbət gedir? “Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki kafirlərdirlər!” (Maidə:44)
Cavab: Allaha həmd, Onun Elçisinə, ailəsinə və səhabələrinə salam və salavat olsun.
Sizin: “Təkfir nə zaman caizdir və nə zaman caiz deyildir?” sözünüzə gəldikdə isə düşünürük ki, hökmü sizə açıqlamağımız üçün məsələnin sizi narahat edən məqamlarını bizə izah etməlisiniz. Allah taəlanın: “Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki kafirlərdirlər!” - sözünə gəldikdə ayədə deyilən bu küfr böyük küfrdür. Qurtubi Təfsirində (6/188) demişdir: “İbn Abbas və Mucahid demişlər: “Kim Quranı və Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) sözünü inkar edərək Allahın nazil etdiyi ilə hökm etmirsə o zaman o kafirdir”.
Allahın nazil etdiyindən başqası ilə hökm verən bu işinin günah olduğunu etiqad edər, rüşvətə, məhkuma bəslədiyi düşmənçiliyə, yaxud məhkumla qohumluğu, dostluğu və s. belə amillərə görə başqa hökm ilə mühakimə edərsə, bu əməl böyük küfr ola bilməz. Belə halda o günahkar olar. Küfr sayılan bu günah böyük küfrdən aşağı mərtəbə olan küfr, böyük zülmdən aşağı mərtəbədə olan zülm, asilikdən aşağı mərtəbədə olan asilikdir. Müvəffəqqiyyət Allahdandır. Allahın salamı və salavatı Onun Elçisinə, ailəsinə və səhabələrinə olsun!
Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsi
Prezident: Əbdül Əziz ibn Abdullah ibn Bəzz
Dostları ilə paylaş: |