Xəbər bülleteni №8

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.57 Mb.
səhifə3/7
tarix14.01.2017
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7

- Dərman vasitələri üzrə qiymət tənzimlənməsi prosesi mərhələlərlə aparılır. Prosesin tam olaraq nə vaxt başa çatdırılması nəzərdə tutulur?

- Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman vasitəsi var və dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla daha çox sayda dərman vasitəsinin qiyməti müəyyənləşdirilməlidir. Odur ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir. İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçildi və Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edildi.

Ümumilikdə indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılıb və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır. Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyəndirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

- Yeni qiymətlərin tətbiqi həm də ciddi nəzarət tələb edir…

- Dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülüb. Dövlət nəzarəti monitorinqlər və yoxlamalar vasitəsilə təmin ediləcək. İqtisadiyyat və Sənaye Nazirliyi ilə Səhiyyə Nazirliyinin müvafiq qurumları arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, dərman vasitələri bazarında birgə monitorinq və yoxlamalar keçiriləcək, mütəmadi məlumat mübadiləsi aparılacaq. Bu sahədə dövlət nəzarəti ilə yanaşı ictimai nəzarətin həyata keçirilməsi üçün də hər cür imkan yaradılıb. Topdan və pərakəndə satış qiymətləri dərman vasitəsinin ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı şirkət və ölkə göstərilməklə təsdiq edilib. Tarif Şurasının təsdiq etdiyi qiymətlər qəzetlərdə dərc edilib, İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və Tarif Şurasının internet səhifələrində yerləşdirilib. İstehlakçılar həm media, həm də qeyd etdiyim qurumların internet səhifəsinə daxil olmaqla dərmanların qiymətini asanlıqla öyrənə bilərlər.

Dərman vasitələrinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda dərman vasitələrinin qiymətləri digər üsullarla, sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ştamp vasitəsilə vurmaqla göstərilməlidir. Təsərrüfat subyektləri bu üsullardan hər hansı birinin seçilməsində sərbəstdirlər. Bununla belə, hər bir halda qiymətin aydın oxunması təmin edilməli, qiymət dərmanın istehsal və son istifadə tarixlərinin üzərinə vurulmamalıdır.

Təsdiq edilmiş qiymətlərin sentyabrın 15-dən etibarən qüvvəyə mindiyini nəzərə alaraq artıq dərman vasitələrinin satışı bazarında nəzarət tədbirlərinə başlanıb. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılmasıdır. Belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirləri görüləcək.

Prezident 148 saylı məktəbə baş çəkib

15.09.2015

mektebde
Prezident İlham Əliyev sentyabrın 15-də Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.

Xəbəri AZƏRTAC yayıb.

Agentliyin başqa bir məlumatına görə, sentyabrın 15-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbi üçün Bakının Yasamal rayonu ərazisində yeni inşa edilmiş 360 yerlik binanın açılışı olub.

Məktəb 1830-cu ildə 19 şagirdlə fəaliyyətə başlayıb. Yarandığı vaxtdan 1992-ci ilin may ayına kimi Şuşa şəhərində fəaliyyət göstərib. Şəhər işğal ediləndən sonra 1 nömrəli orta məktəb Bakının Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında məskunlaşıb.

Elektron ticarətdə ikiqat artım qeydə alınıb

15.09.2015

Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında rəsmi hesabat yayılıb. Dövlət Statistika Komitəsi bəyan edib ki, 2015-ci ilin yanvar-avqust aylarında istehlakçılara 15,9 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çox məhsul satılıb. Satılmış məhsulların 49,9 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,1 faizini isə qeyri-ərzaq məhsulları təşkil edib.

Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 8,2 milyon manat olub. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 644,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xarici ticarət hesabatı yayıb

15.09.2015

komiteBu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 94 ölkəyə məhsul ixrac edilib, 127 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 28-i Amerika, 41-i Asiya ölkələri, 28-i isə digər ölkələrdən olub.

Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 15 milyard 953,3 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 10 milyard 647,9 milyon dollar, idxalın həcmi 5 milyard 305,4 milyon dollar olub. Nəticədə 5 milyard 342,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 973,4 milyon dollar olub.

3 vergi ödəyicisinin əmlakı siyahıya alınıb

15.09.2015

Bakı Vergilər Departamentinin əməkdaşları Yasamal rayonunda “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirib. Vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi borcunun ödənilməsini təmin etmək məqsədilə sentyabr 7-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. İctimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel siyahıya alınıb.

Səbail rayonunda “Tam xarici investisiyalı “Barakalı” LTD” MMM-ə məxsus “Zirvə elektrik” mağazasında 11666 manat vergi borcu müqabilində 12000 manat dəyərində müxtəlif növ elektrik mallarının, Nərimanov rayonunda fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığının siyahıya alındığı da xəbər verilir.

Məlumatı Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi yayıb.

Gələn ilin büdcəsi: 14 milyard 566 milyon manat haradan gələcək?

15.09.2015

Gələn ilin dövlət büdcəsinin ilkin layihəsi açıqlanıb. Layihədə gəlirlər 14 milyard 566 milyon manat proqnozlaşdırılır. Transparency.az gəlirlərin mənbələrini təqdim edir:



1. Vergilər Nazirliyi – 6 milyard 602 milyon manat

Fiziki şəxslərin gəlir vergisi — 957 milyon manat

Mənfəət vergisi — 1 milyard 821,6 milyon manat

Torpaq vergisi — 50 milyon manat

Əmlak vergisi — 159,2 milyon manat

Əlavə dəyər vergisi – 2 milyard 326 milyon manat

Aksiz — 532 milyon manat

Mədən vergisi — 107,2 milyon manat

Dövlət rüsumu — 105 milyon manat

Sair daxilolmalar — 304 milyon manat

Sadələşdirilmiş vergi — 107 milyon manat

Yol vergisi — 70 milyon manat



2. Dövlət Gömrük Komitəsi – 1 milyar 590 milyon manat

Əlavə dəyər vergisi — 1 milyard 120 milyon manat

Aksiz — 105 milyon manat

Gömrük rüsumları — 348 milyon manat

Yol vergisi — 17 milyon manat vergisi

3. Əmlak Məsələləri Dövlət Komitəsi — 7 milyon manat

4. Sair — 62 milyon manat

5. Dövlət Neft Fondundan transfertlər — 6 milyard manat

6. Büdcə təşkilatlarını ödənişli xidmətlərindən daxilolmalar — 305 milyon manat.

2016-cı ilin büdcəsi 14 istiqamətə xərclənəcək (Rəqəmlər)

15.09.2015

2016-cı ilin dövlət büdcəsinin xərcləri 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır. Transparency.az xərclərin istiqamətləri barədə məlumatı oxucuların diqqətinə çatdırır:

1. Ümumi dövlət xidmətləri — 2 milyard 416,9 milyon manat

elm xərcləri — 131,7 milyon manat

dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclər — 1 milyard 249,8 milyon manat

2. Müdafiə — 1 milyard 837,8 milyon manat

3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq — 1 milyard 138,8 milyon manat

4. Təhsil — 1 milyard 713,5 milyon manat

5. Səhiyyə — 744,9 milyon manat

6. Sosial müdafiə və sosial təminat — 1 milyard 896.6 milyon manat

7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət — 652,7 milyon manat

8. Mənzil və kommunal təsərrüfatı — 426,8 milyon manat

9. Yanacaq və enerji xərcləri — 5.7 milyon manat

10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi — 596,6 milyon manat

11. Sənaye və tikinti xərcləri — 3 milyard 578,9 milyon manat

Dövlət əsaslı vəsait qoyuluşu — 3 milyard 554,8 milyon manat

Digər xərclər — 24,1 milyon manat

12. Nəqliyyat və rabitə — 114,8 milyon manat

13. İqtisadi fəaliyyətlə bağlı sair xərclər — 254 milyon manat

14. Əsas bölmələrə aid edilməyən xidmətlər — 896, 2 milyon manat.

Nazir prezident fərmanının nəyi dəyişdirəcəyini şərh edib

15.09.2015



selim muslumov
Prezident İlham Əliyev əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə fərman verib. Fərman əlilliyin müəyyən olunması meyarlarında dəyişiklikləri də nəzərdə tutur.

Sentyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fərmanın icrası ilə əlaqədar görüləcək işlərə dair mətbuat konfransı keçirilib. Rəsmi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olduğunu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırdığını göstərir: “Azərbaycan prezidentinin fərmanı bu sahədə çox uğurlu islahata şərait yaradır. Fərmana əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcək. Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq”.

İlham Əliyev: “Ölkəmizi məhv etmək istəyirlər”

15.09.2015



ilham eliyev
Prezident İlham Əliyev sentyabrın 15-də Bakının Sabunçu rayonunda yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində çıxış edərkən bir sıra bəyanatlar səsləndirib. O deyib: “Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaq. Biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır.

Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.

Bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür. Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq.

Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq. Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır.

Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.

Görəndə ki bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik.

Əsas məsələ ondadır ki, gənc nəsil də bax bu milli ruhda tərbiyə alsın. Bu, bu gün biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Siz müəllimlər də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin. Çünki bizim həm beynəlxalq müstəvidə, həm ölkə daxilində siyasətimiz, görülən işlər doğrudan da çox dəyərlidir.

Vətənpərvərlik, milli ruh, milli dəyərlər — budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər ölkəmizi məhv etmək istəyirlər. Budur məqsəd. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır. Gənc nəsil Vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır.

Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük? Ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın.

Bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə biz buna hazır olmalıyıq.

Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur — budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri — bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm”.

8 aylıq makroiqtisadi göstəricilər

15.09.2015

2015-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2015-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 36 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,2 faiz çox ümumi daxili məhsul istehsal edib. Əlavə dəyərin 34,6 faizi sənayedə, 13,4 faizi tikintidə, 9,9 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 2,8 faizi yaşayışın təşkili və ictimai iaşə, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2 faizi informasiya və rabitə, 17,2 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizi həcmində olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2015-ci ilin yanvar-avqust aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artıb, neft sektorunda isə 0,9 faiz azalıb.

Sentyabr ayının 1-nə kimi bitkiçilik məhsulları istehsalının 12,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,2 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,4 faiz təşkil edib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9,4 milyard manat vəsait daxil olub, büdcədən 10 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 595,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,9 faizi səviyyəsində olub. Büdcə xərclərinin 4,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 1,2 milyard manatı təhsil və səhiyyə, 1,1 milyard manatı sosial müdafiə və sosial təminat sahələrinin, 3,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan-Çexiya sənədləri imzalanıb

15.09.2015

Sentyabrın 15-də Çex Respublikasının prezidenti Miloş Zeman Bakıya səfər edərək azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparıb. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb. Sənədlər bunlardır:

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə;

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

YAP-ın deputatlığa namizədləri

15.09.2015

Sentyabr ayının 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. Yap.org.az xəbər verir ki, iclasda 1 noyabr 2015-ci ilə parlament seçkisində namizədlər təsdiq olunub:

1 saylı Şərur-Sədərək seçki dairəsi — Talıbov Vasif Yusif oğlu

2 saylı Şərur seçki dairəsi — Həbibbəyli İsa Əkbər oğlu

4 saylı Naxçıvan şəhər seçki dairəsi — İbrahimov Eldar Rza oğlu

5 saylı Şahbuz-Babək seçki dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu

6 saylı Culfa-Babək seçki dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı

8 saylı Binəqədi birinci seçki dairəsi — Əlizadə Aysel İsmayıl qızı

9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü seçki dairəsi — Həsənova Samirə Yaşar qızı

11 saylı Qaradağ seçki dairəsi — Hüseynov Aydın Nəsir oğlu

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi — Zabelin Mixail Yuryeviç

13 saylı Xəzər — Pirallahı seçki dairəsi — Əliyev Rauf Asif oğlu

14 saylı Xəzər seçki dairəsi — Əliyeva Mehriban Arif qızı

15 saylı Yasamal birinci seçki dairəsi — Aslanov Bayram Mirazim oğlu

16 saylı Yasamal ikinci seçki dairəsi — İbrahimov Xıdır Mənsum oğlu

17 saylı Yasamal üçüncü seçki dairəsi — Əhmədova Lalə Kərim qızı

18 saylı Nərimanov-Nizami seçki dairəsi — İsmayılov İsmayıl Mübariz oğlu

19 saylı Nərimanov birinci seçki dairəsi — Məmmədov Hikmət Baba oğlu



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə