XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə11/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   ...   4   5   6   7   8   9   10   11   12
Subyektiv və obyektiv

İnformasiya qaynaqları üç yerə bölünür:

1.Kommunikativ metodlara ilk növbədə söhbət, müsahibə və sorğu aiddir. Bütün şəxslərarası və texniki ünsiyyət vasitələri bura daxildir.

2.Qeyri-kommunikativ metodlar jurnalist işində mümkün olan bütün informasiya massivindən faydalana bilmək çox vacibdir. Qeyd etmək lazımdı ki, çap mediası və digər media məhsulları ilə tanışlıq, olayla bağlı ilkin sənədlər (kitablar, gündəliklər, məktublar, iş yaxud adi yazışmalar, əmr və sərəncamlar, digər sənədlər) jurnalistə material üzərində iş zamanı böyük informasiya massivi açır. Digər effektli üsul müşahidənin instrumental vasitələrindən faydalanmaqla alınan informasiyadı. Özü də müşahidə(monitorinq) xüsusi alətlərdən istifadə etməyərək tətbiq olunanda belə, bəzən qiymətli informasiya verir, çünki jurnalist olayı izləyir, şahidi olur.

3.Analitik metod kifayət qədər geniş palitralı üsuldur. Kiçik bir çeşidləmə verək.

Sistemli analiz, yəni elementlərin müəyyən qarşılıqlı əlaqəsi, iyerarxiyası, əsas funksiyalarının sistem şəklində qurulması, sistemyaradıcı, sistemdağıdıcı, sistem-neytral faktorlar. Burada məqsəd faktlar müxtəlif əlamətlərinə görə (xronologiya, tematika, əhəmiyyətlilik dərəcəsi) dəqiq sistemləşdirməkdi.

• Müqayisəli analizdə (komparativ metodika) hadisə, obyekt analoji hadisə ilə müqayisə olunur. Televiziya xəbərlərini yadınıza salın .Hansısa olay haqqında analoji hadisələr yada salınır, paralellər aparılır.

• Deduktiv və induktiv metod mülahizələrin ümumidən xüsusiyə və əksinə düzülməsidi.

• Modelləşdirmə (kompüter, məntiqi, riyazi ) bu halda obyektin bəzi xüsusiyyətləri modelə köçürülür. Bununla bağlı iki çox informativ və maraqlı metodu qabartmaq istərdim. Blok-sxem və kontent-analiz. Bloksxem ali riyaziyyatda qəbul edilən üsuldu. Sadəcə metodun prinsipini izah etmək istərdim. Olay, yaxud bir neçə olay modelləşdirilir. Analiz olunur və mümkün yeganə düzgün qərar verilir. “Baharın on yeddi anı” filmində sovet zabitini xatırlayırsınızmı? O, yeganə düzgün cavab tapmaq üçün alman ordusu funksionerlərinin şəkillərini çəkir, araşdırmalar apararaq bir-bir onların üzərindən xətt çəkir. Sonda ona lazım olan adamı tapır. Bu, bloksxemin sadə izahıdı. Kontent –analiz də bir neçə elm sahəsində: sosiologiyada, psixologiyada, politologiyada, kütləvi kommunikasiyanın tədqiqində istifadə olunan metoddur.


Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin