XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə12/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaddaş vərəqi: Lid nədir.

• Lid xəbərin cövhəridir. Divin canı şüşədə olduğu kimi xəbərin canı da liddədir.

• Lid oxucunu yazıya dəvət etməlidir, onun diqqətini çəkməlidir.

• Lid jurnalistin vizit kartıdır. Peşəkar jurnalist lidindən bəllidir.

• Jurnalist dəqiq, vicdanlı və balanslı olmalıdır. Lid dəqiq, vicdanlı və qərəzsiz yazılmalıdır.

• Güclü lid yalnız xəbər dərindən toplandığı zaman yazıla bilər.

Yarımçıq toplanmış xəbərin lidi də yarımçıqdır.

Birbaşa və dolayı lidlər

Lidə “xəbərin qapısı” da deyirlər.Binanın qapıları onun ölçülərinə, arxitekturasına cavab verməli olduğu kimi, xəbərin lidi də xəbərin ölçüsünə və üslubuna uyğun gəlməlidir. Prezident sarayının qapısı Şirvanşahlar sarayının qapılarından, universitet, məhkəmə, nazirlik qapıları isə mənzilimizin qapılarından fərqlidir. Demək, isti xəbərin qapısı - lidi iləsoyuq xəbərin lidi eyni ola bilməz.

Lidlər xəbəri çatdırma texnikasına görə, iki yerə bölünür:

1.Birbaşa lid;

2. Dolayı lid.

İsti xəbərin lidi birbaşa, soyuq xəbərin lidi isə adətən dolayı, yaxud ertələnmiş lid olur. Bir sözlə, isti xəbərin lidi xəbər piramidasına “qapı”dan, yəni birbaşa girmək yolu tutduğu halda, soyuq xəbərin lidi xəbər piramidasına dolayısı ilə - “baca”dan düşməklə, yaxud lağım atmaqla girməyi təklif ediк.



Ədəbiyyat siyahısı

Azərbaycan dilində

1. Əlizadə Y. Radiojurnalistikanın əsasları. Bakı, 1991

2. Rüstəmov A. Jurnalistika. Bakı, 2005

3. Bəşirli A., Kərimova A., Vəkilova D. Xəbərçilik. Bakı, 2007

4. Jurnalistlərdən jurnalistlərə. Bakı, 2007

5. Məmmədli Z. A-dan Z-yə qədər. Bakı, 2009

6. Qənbərli R. Jurnalistin əl kitabı. Bakı, 2005

7. Mehdi F. Mətbuat janrları. Bakı, 1995

8. Əlizadə Y. və Məhərrəmli Q. Azərbaycan efiri-tarix və müasirlik. Bakı, 2006

9. Məhərrəmli Q. İctimai televiziya tarix, gerçəklik ve prinsiplər. Bakı, 2005



Türk dilində

10. Dursun C. Haberde gerçekliğin inşa edilmesi ne demekdir. Ankara, 2005

11. Yüksel E., Gürcan İ. Haberçinin el rehberi. Eskişehir, 2001

İnternet saytları

12. www.google.com

13. www.itv.az

14. www.aztv.az



15. www.trt.com

16. www.apa.az
Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin