XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ


XƏBƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ VƏ SEÇİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə2/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   2   3   4   5   6   7   8   9   ...   12
XƏBƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ VƏ SEÇİLMƏSİ

Beləliklə, xəbərin sadə tərifi yoxdur. Xəbəri qiymətləndmək və seçmək üçün redaksiyalar nəzəri müddəalardan daha çox praktiki mülahizələrə əsaslanırlar. Nəticədə redaksiyalar nə dərc edirlərsə, bunlar xəbər olur.

Stokholm universiteti yanında jurnalistika, kütləvi informasiya vasitələri və kommunikasiya institutunun professoru Hokan Hvitfeldt müxtəlif qəzetlərin birinci səhifələrinin məzmununu öyrənməklə xəbərlərin qiymətləndirilməsi prosesini nəzərdən keçirmişdir. O bu nəticəyə gəlmişdir ki, xəbərin ümumiyyətlə dərc olunması və onun birinci səhifədə verilməsi ehtimalının artması aşağıdakı amillərdən asılıdır.

Əgər informasiya məlumatı bunlara toxunursa:

• ənənəvi müzakirə predmetinə

• yaxın məsafədən praktiki hadisələrə

• o hadisələr ki, bir tərəfdən sensasiya və ya gözlənilməz xarakter daşıyır

• digər tərəfdən isə bu hadisələrin iştirakçıları qeyrirəsmi şəxslərdir

• bu hadisələr anlayışa uyğundur

• insanlar üçün əhəmiyyət daşıyır

• ümumi mövzunun bir hissəsi olaraq qısa müddət ərzində baş verir

• eyni zamanda mənfi çaları var

• ənənəvi mənbələrdən daxil olur

İki Norveç alimi də öz araşdırmalarında bu nəticələrə gəlmişlər, həm də zaman aspektini və «astana dəyərini» qeyd etmişlər. Xəbərin əhəmiyyəti avtomatik olaraq o vaxt artır ki, təsvir edilən hadisə qəzetin çapa imzalanmasından bir az əvvəl baş versin və informasiya dəyəri qazana bilsin. Xəbər kifayət qədər əhəmiyyətli və dinamik olmalıdır ki, özünə diqqət çəkə bilsin.

Yuxarıda bəhs etdiyimiz araşdırmaların nəticələri fəaliyyət üçün direktiv deyil, bunlar xəbərələri seçərkən onların dəyərləndirilməsinə təsir göstərən amilləri təsvir edir. Hokan Hvitfeldt xüsusən bu nəticəyə gəlmişdir ki, əgər xəbər siyasi, iqtisadi məsələlərə toxunursa və ya bədbəxt hadisələrdən vəcinayətkarlıqdan söz açırsa, onun dəyəri artır. Beləliklə, həm çox mühüm, həm də çox mühüm olmayan hadisələr barədəinformasiya birinci səhifələrə düşə bilər.

Müasir dünyada xəbər əmtəədir. Bunlar varlı sahibləri olan iri nəşriyyat evləri tərəfindən istehsal olunur və satılır ki, həmin adamların da siyasi və ya iqtisadi dairələrdə çox vaxt maraqları olur. Xəbərlər bazarda ticarət predmetinə çevrilir, digər mallar kimi bunlara da qiymət qoyulur. Bu hal jurnalistikanın inkişafı və müstəqilliyi üçün təhlükədir.




Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin