MÜHÜM HADİSƏ HAQQINDA XƏBƏR VERMƏLİ!
Jurnalistin vəzifəsi dəni qabıqdan ayırııb qabığı çap etməkdir. Teleqraf agentliklərinin məlumatları, press-relizlər, görüş vəkonfranslara dəvətlər – bütün bunlar redaksiyalara gələn informasiya axınının kiçik qollarıdır. Bunlara jurnalistlərin öz müntəzəm işləri üçün müstəqil şəkildə apardıqları axtarışları da
əlavə etmək olar. Bununla belə, bütün informasiya materialının az bir hissəsi işıq üzü görür.
MÜHÜMLÜLÜK MEYARI
İri redaksiyaların və xəbərlər şöbələrinin əksəriyyəti öz əməkdaşlarının gündəlik xəbərləri seçmələrini yüngülləşdirməkdən ötrü informasiya materialı ilə işləmək üçün öz qaydalarını müəyyənləşdirirlər.
Belə sənədə misal olaraq İsveç Radiosunun «Exo» xəbərlər redaksiyasının iş prinsipini göstərmək istərdim:
Biz mühüm olan hər şeyi veririk. Yəni çoxları üçün mühüm və nəticəsi olan hər şeyi. Bizim verdiyimiz informasiya həqiqətə uyğun və cəmiyyət üçün mühüm olmalıdır. Biz mürəkkəb, bəzən də qavranılması çətin olan hadisələri ardıcıl olaraq işıqlandırmalıyıq.
«Exo» redaksiyasının fəaliyyətini müəyyənləşdirən bu sənəd artıq 30 ildir ki mövcudur. Bu sənəddə «mühüm» sözü əsas amildir. Redaksiyanın çap olunmaq və efirə verilmək üçün seçdiyi xəbərlər ölkədə və dünyada baş verən hadisələri başa düşməkdə vətəndaşlara kömək etməlidir. Reportyora yüngül, hamıya xoş gələn sensasiyalı xəbərlər seçmək yaramaz. O eləxəbərlər seçməlidir ki, çoxları üçün əhəmiyyət kəsb etsin. Onun hadisələr və bunların insanların həyat şəraitinə təsir göstərməsi arasındakı rabitəyə diqqət yetirməsi vacibdir.
Oxuculara, dinləyicilərə və tamaşaçılara bədbəxt hadisələr haqqında xəbərdən də daha vacibi dövlət büdcəsindəki defisitdən məlumat verməkdir. Büdcə defisiti mövzusu daha mürəkkəbdir vədaha az əks olunandır, amma ölkənin əhalisi üçün cinayətkarlıqdan daha böyük əhəmiyyət daşıyır. Axı burada söhbət dövlət və ya bələdiyyə orqanlarının öz üzərlərinə götürdükləri məxaricdən vəuzunmüddətli maliyyələşdirməni təşkil edə bilməmələrindən gedir.
Vətəndaşların bu sahədə nə baş verdiyindən xəbərləri olmamışdır. Çünki zaman keçdikcə bu borclar üçün onların uşaqları cavab verməli olacaqlar.
Mağazanın soyulmasındansa, nüvə tullantılarının basdırılması barədə xəbər vermək daha vacibdir. Məşhur müğənninin şəxsi həyatındansa, NATO-nun genişləndirilməsi məsələsinin müzakirəsi daha əhəmiyyətlidir. Əhalinin sosial
təminatı məsələlərini qaldırmaq, kriminal hadisənin qanlı təfərrüatını növbəti dəfə təkrarlamaqdan daha vacibdir.
Dostları ilə paylaş: |