XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə5/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   2   3   4   5   6   7   8   9   ...   12
Auditoriyaya yaxınlıq. O şey ki, bizə coğrafi və ya mədəni cəhətdən yaxındır, haradasa baş verən hadisə ilə müqayisədə həmişə bizdə böyük maraq oyadır. Xəbərin qiyməti baş verən hadisənin məsafəsinin auditoriyadan uzaqlığı ilə düz mütənasib olaraq azalır. Hind radio dinləyiciləri üçün Kəlküttə yaxınlığında baş verən və iyirmi nəfərin ölümünə səbəb olan qatar toqquşması barəsindəki xəbər daha çox maraq doğurur, nəinki Baltik dənizində yüzlərlə qurbana səbəb olan paromun fəlakətə uğraması haqqında verilən məlumat.

Qeyri-adilik. Təyyarənin qəzaya uğraması xəbərdir, təyyarənin mənzil başına çatması isə yox. İti qapan adam haqqında söhbət adamı qapan it haqqında söhbətdən daha böyük xəbərdir.

Qeyri-adi, nadir, qəribə hadisələr yaxşı, əyləndirici qiymət kəsb edən xəbərlər ola bilər, halbuki xəbər məfhumunun əylənməklə heç bir əlaqəsi yoxdur.



«Durğunluq». Bəzən bizi əhatə edən mühitdəki müxtəlif dəyişiklikləri kor-koranə qeyd edirik və bu zaman ununduruq ki, dəyişməyən şeylər və durğunluq da mühüm xəbər ola bilər. İllər boyu sututarlara zəhərli maddələr axıdan zavod və ya bələdiyyə təmizləmə quruğusu xəbərdir və onun qiyməti bu pozuntuya son qoyulanadək azalmır. Komissiyanın gəldiyi nəticələrin diqqətə alınmaması elan olunmağa layiq faktdır.

Şəxsiyyət. Maraqlı şəxsiyyətlər haqqında söhbət açmaq maraqsız, adi adamdan bəhs etməkdən daha cəlbedicidir. Hamıya yaxşı məlumdur ki, məşhur adamlar heç kəsə məlum olmayanlardan daha çox maraq doğurur. Amma bunun həmişə belə olması mütləq deyil. Yeni parlaq şəxsiyyətlər tapın.

Maraqlılıq. Xəbər kimin üçün nəzərdə tutulmuşsa, onda maraq oyatmalıdır. Zaman keçdikdə uzanan hadisə yeni məlumatlar alındıqca təsvir oluna bilər və bu vaxt auditoiryanın hadisələri addım-addım izləməyə imkanı olacaq. Son ana kimi nəticəsi məlum olmayan xəbər (süjet) jurnalistlər arasında cliff hanger(auditoriyanı gərginlikdə saxlayan radio və ya teleserial) adlandırılır.


Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin