XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə6/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   2   3   4   5   6   7   8   9   ...   12
Xüsusi (redaksiyanın). Redaksiya və ya reportyor aşkara çıxardığı xüsusi xəbəri bəzən digər xəbərlərdən daha üstün hesab edir. Bir çox reportyorlar haqlı olaraq elə düşünürlər ki, onlar hansısa materialın ilk və yeganə sahibidirlər. Redaksiyaların əksəriyyəti radio və televiziya efirində və ya qəzetlərin səhifələrində məhz belə xəbərlərə üstünlük verirlər. Lakin xüsusi (redaksiya) xəbərlərə aludə olaraq digər xəbərlərin yolunu bağlamaq yaramaz. Təəssüf ki, bir çox redaksiyalarda «özgə» xəbərələrinin üstündən sükutla keçirlər. Buna görə də belə xəbərlər oxucuların, tamaşaçıların və dinləyicilərin məhdud qrupunun malı olur, geniş dairələrin nəzərinə çarpmadan keçib gedir.

Əhəmiyyətlilik. Xəbərləri seçərkən reportyor ancaq öz hisslərinə qapılmamalıdır, sağlam düşüncəyə əsaslanmalıdır.

Demokratik cəmiyyətin jurnalistikanın qarşısına qoyduğu vəzifəni yerinə yetirmək məqsədilə reportyor həqiqətən insanlar üçün, onların həyat şəraiti üçün mühüm olan cəhətləri işıqlandırmalı, onların ölkədə və dünyada baş verənləri başa düşmələrinə və dərk etmələrinə kömək göstərməlidir.



Sanballı.Xəbəri xəbər edən insanlar, özü də məşhur insanlardır. Adi insanlar deyil, məhz məşhurlar xəbərin çəkisini artırır. Bir sözlə, xəbərin çəkisi insanların çəkisi ilə düz mütənasibdir. Məsələn, paytaxt küçələrində natəmizlik, polietilen torbaların uçuşması adi sakinlər üçün adi hadisəyə çevrildiyi halda, Prezident İlham Əliyev: “Özüm gedirəm, vəziyyətlə tanış oluram və bəzi hallarda görürəm ki, ora zibilxana, bura zibilxana, magistral yolların sağında, solunda polietilen torbalar. Bu, dəhşətli bir mənzərədir”, - deyəndə bu, xəbərə çevrilir.

Dövrilik.Barəsində zaman-zaman danışılan, xəbər dövriyyəsindən çıxmayan xəbərlər. Onlar haqqında hər gün danışılmasa da, mövzu vaxtaşırı yada salınır. Məsələn, ermənilərin işğal olunmuş ərazilərdətörətdikləri cinayətlər. Atəşkəsdən sonrakı dövrdə tarixi abidələrin məhvi, bu ərazinin narkotiklərin yetişdirildiyi zonaya və mütəşəkkil cinayətkarlıq yuvasına çevrilməsi, beynəlxalq terrorizmə dayaq durması barədə xəbərlərə 2006-cı ilin yayında meşələrin yandırılması xəbəri də əlavə edildi.

Yaxınlıq.Söhbət coğrafi yaxınlıqdan gedir. İnsanları daha çox onların evlərinə yaxın yerdə baş verən hadisələr maraqlandırır. Məsələn, azərbaycanlılar üçün, ilk növbədə, respublikada, sonra Qafqazda vəMDB-də, daha sonra Qərbdə baş verən hadisələr önəmli olduğu halda, sıravi amerikalı üçün öz ştatında, sonra qonşu ştatda və ölkədə, daha sonra Avropada baş verən hadisələr maraqlıdır. İndoneziyada quşqripindən ölüm halının qeydə alınması Azərbaycan mətbuatında gündəmə çıxarılan bir nömrəli xəbər olmadığı halda, Türkiyədə və

Gürcüstanda eyni hadisədən insanlar həyatlarını dəyişəndə bu, Azərbaycan mətbuatında bir nömrəli xəbərə çevrildi.

Yuxarıdakı misalları ümumiləşdirərək xəbər barədə iki əsas nəticəyə gəlmək olar:

Xəbər hadisələrin normal axınını pozan, fərqli bir informasiyadır.

Xəbər insanlara öz həyatları barədə sağlam qərarlar çıxarmağa imkan verən informasiyadır.


Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin