XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə8/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   ...   4   5   6   7   8   9   10   11   12
XƏBƏRİN REKONSTRUKSİYASI

Jurnalistikada rekonstruksiya metodu, yəni hansısa hadisənin reportyorun və yaxud artistlərin qüvvəsi ilə yenidən canlandırılması metodu barədə jurnalistlər arasında davam edən diskussiya səngimək bilmir. Bu üsuldan nə vaxt və hansı ölçüdəistifadə edilməsi məqsədə uyğundur? Cinayət, yaxud bədbəxt hadisə haqqında əhvalatı tamaşa kadrları vasitəsilə göstərmək ümumiyyətlə lazımdırmı?

Bu metoddan bir çox ölkələrin, o cümlədən İsveçin kommersiya telekanallarında geniş istifadə olunur. İsveç Televiziyası isə rekonstruksiya metoduna çox nadir hallarda müraciət edir.

Bank qarət edilmişdir, polis cinayətkarları axtarır. Qarət anında çəkiliş qrupu orada olmamışdır və ola da bilməzdi.

Redaksiyanın əməkdaşları və artistlər polislərin və şahidlərin sözləri əsasında qoyulmuş dramı kamera qarşısında addım-addım oynayırlar. Televiziya ekranında bu səhnə təsirli və həyəcanlı şəkildə görünür, ancaq bu, nə qədər doğrudur?

Öz proqramlarına tamaşaçıların inamını qorumaqda maraqlı olan redaksiyalar bu cür rekonstruksiyalardan imtina etməlidirlər. İnformasiya süjetini müşayiət edən kadrlar həqiqi olmalıdır. İnformasiya proqramlarının redaksiyaları xəbərlərdə tamaşa kadrlarından istifadəni məhdudlaşdıran dəqiq qaydalar işləyib hazırlamalıdırlar. Mətbu kütləvi informasiya vasitələrində saxta, yaxud təhrif olunmuş fotoşəkillərdən istifadəni qadağan edən belə qaydalar mövcuddur. Müasir rəqəmli texnika fotoqrafiya təsvirləri ilə olduğu qədər videokadrlarla da uğurlu manipulyasiya aparmağa imkan verir. Ən yeni texnika bizə həqiqətin saxtalaşdırılması və təhrifi üçün nə qədər çox imkanlar verirsə, biz də onlardan bir o qədər qətiyyətlə imtina etməliyik.

Reportyor nə vaxtsa baş vermiş hadisəni yenidən canlandırmağa deyil, real hadisələri əks etdirməyə və lentə almağa çalışmalıdır. Bununla da o öz təsəvvürlərini tamaşaçılara həqiqət kimi qələmə verməkdən qaçmış olar.


Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin