Dəyişən və dəyişməyən xəbərçilik
Cavab üçün gəlin birlikdə “Xəbər bələdçisi”nə nəzər salaq və xəbərçiliyin keçdiyi yol barədə düşünək. Bu bələdçidə xəbərin və reportyorların yerini tapmağa çalışaq. Bələdçidə Azərbaycan necə görünür? Siz özünüz bələdçiyə nələri əlavə edərdiniz? Xəbərçilik tarixində dəyişən və dəyişməyən nədir? Sizcə, bu tarix hara doğru gedir?
İlk peşəkarlar
İnsanın xəbərə ehtiyacının tarixi az qala insanlığın yaşı ilə üst-üstə düşsə də, reportyorluğun fəaliyyət növü kimi yaşı çox azdır. Cəmisi iki əsr. Jurnalistika tarixinə məlum ilk reportyor Londonun “Morninq Herald” qəzetinin əməkdaşı Con Uaytdır. O, 1823-cü ildə məhkəmədən yazdığı adi insanlar barədə adi reportajlarla uğur qazanır. Bir neçə ildən sonra qəzetin tirajı 1200-dən 8000-ə qalxır, “Morninq Herald” “Tayms”dan sonra oxunan ikinci qəzet olur. İlk reportyor Con Uayt yaxşı pul qazanaraq qəzetin sahiblərindən birinə çevrilir.
1830-cu illərdə ABŞ qəzetlərində reportyor, 50-ci illərdə baş reportyor vəzifəsi yaranır. 1854-cü ildə “Nyu York Tribun” qəzetinin 14 reportyoru və 10 redaktoru vardı.
Dostları ilə paylaş: |