hamar, bir qədər nəmli haşiyə təzahür edir. Heç vaxt eroziyalar əmələ gəlmir. Bu
xüsiyyət eksfoliativ xeylit üçün xarakterikdir və bununla da başqa xeylitlərdən
fərqlənir. Xəstələrin şikayəti dodaqlarda yanğı və arıdan olur, xüsusən qida qəbulunda
dodaqlar bir-birinə yapışır, eyni zamanda belə xəstələrin ağızı daimi olaraq bir balaca
açıq qalır.
Eksfoliativ xeylitin quru forması da ekssudativ forma kimi yalnız qırmızı haşiyəsinin
zədələnməsi ilə xarakterizə olunur. dəri heç vaxt zədələnmir. Qartmaqlar boz-sarı
rəngdə olur, dodağın kənarları bir qədər hündürə qalxmış, ortası isə çox sərt olur.
Xəstələr yanğı hissyyatından, dodaqların qeyri-estetik görünüşündən şikayətlənirlər.
Eksfoliativ xeyliti başqa xeylitlərdən fərqləndirmək lazımdır. Atopik xeylit zamanı
prosesə dodaqyanı və dodaqların sərhədində yerləşən dəri də qoşulur. İntensiv
gicişmə xasdır və bu da lihennizasiya (sağalma) prosesinin təzahürüdür. Ekssudativ
formanı atipik xeylitin ekssudativ forması ilə diferensiasiya edirlər. Dodaqlada ödem
və iltihabi prosesi müşahidə olunur. bu patologiyanın inkişafının səbəbləri tam
öyrənilməyib. Eyni zamanda bir çox tədqiqatlara əsaslanaraq bu xeylit mikrotravmalar
və günəş şüalarının təsirindən əmələ gəlir. Aşağı dodaqda tünd-qırmızı eritema
təzahür edir. Mərkəzində parıldayan «laklanmış» səth görünür. Bəzən dodaqda
qabıqlar təyin olunur və onların altında eroziya və şişəbənzər yumşaq konsistensiyalı
törəmə aşkarlanır. Diaqnozu yalnız kliniki mənzərəyə görə təyin etmək çətindir. Lakin
histioloji müayinə düzgün cavab verir. Diferensial diaqnoz qırmızı qurdeşənəyi,
çoxformalı ekssudativ eritema ilə aparılır. Bu xəstəlik xroniki gedişata malikdir, uzun
müddət davam edir. Remissiyalar olur və müalicəsiz sağalmır. Bəzən bəd xassəli
proseslərə çevrilir. Histoloji müayinə-akantoz, spongioz, epitelin para-hiperkeratozu
və dərmanın ödemini göstərir.
Eksfoliativ xeylitin quru formasının müalicəsi- kompleks olmalıdır və ekssudativin
müalicəsindən fərqlənməlidir. Quru formanın müalicəsi əsasən psixoemosional
sferaya yönəlməlidir. Bu məqsədlə xəstəyə trankvilizatorlar təyin edilir. Bəzi hallarda
hətta antidepressantlardan da istifadə olunur. yerli olaraq quru formada gigiyenik
dodaq boyası, indifferent kremlər tətbiq edilir.
Eksfoliativ xeylitin ekssudativ formasının kompleks terapiyasında Bukki şüalarından
istifadə edilir. Qabıqlar götürülməzdən əvvəl, qırmızı haşiyə 2%-li bor turşusu ilə
yumşaldır. Bundan başqa refleksoterapiya təyini məqsədəuyğundur.
Dostları ilə paylaş: