Mikrobioloji tədqiqatlar mütləq aerob, anaerob mühitlərdə aparılmalıdır. Kəskin
osteomielitin ilk günlərində hələ ki, mikrobioloji tədqiqatların nəticələri tam hazır
olmazsa təyin olunan antibiotiklər geniş spektr təsirə malik olmalıdır, sümüktrop
xüsusiyyət daşımalıdır. Eləcə də anaerob bakteriyaya yüksək təsir göstərən
antibiotiklər təyin olunmalıdır. İntoksikasiya əleyhinə venadaxili hemodez, qlyukoza
5%, reopoliglyukin, sensiblizasiyaya qarşı 10%-li kalsi-xlorid məhlulu, dimedrol,
suprastin, qeyri spesifik immuniteti yüksətmək üçün metilurasil, pentaksil təyin edilir.
Spesifik immunitetin göstəricilərini requlyasiya etmək üçün immunmodulyator-
levazimol təyin olunur. Göstəriş üzrə ürək fəaliyyətini tənzimləyən, ağrıkəsici,
sakitləşdirici dərmanlar təyin edilir.
Kəskin osteomielit yumşaq toxumaların fleqmonası ilə hiperergik fonunda keçərsə 1-
2 gün ərzində hidrokortizon ya prednizalon parenterol təyin etmək lazımdır. Bu fazada
gedən proses zamanı mikroflora assosiyası, anaerob çoxluğu təşkil etdiyinə görə geniş
spektrə malik antibiotiklər yüksək dozalarda təyin edilir. Bununla bərabər
nitromidazol törəməsi- nitazol, metronidazol venadaxili təyin olunur.
Dostları ilə paylaş: