Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Üz və boyun nahiyələrinin abses və fleqmonaları



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə120/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   116   117   118   119   120   121   122   123   ...   162
Elektron diw

Üz və boyun nahiyələrinin abses və fleqmonaları 
Üz-çənə  nahiyəsində  kəskin  iltihabı  xəstəliklərdən  yumuşaq  toxumaların  abses  və 
fleqmonaları böyük yer tuturlar. Üz-çənəcərrahiyyəsi klinikalarında yatan xəstələrin 
30-35%-ni fleqmona ilə müalicə olunan xəstələr təşkil edir. Abses və fleqmonalar bir 
çox  səbəblərdən  baş  verə  bilərlər,  ən  çox  sifətdə  abses  və  fleqmona  odontogen 
xarakter daşıyır. Kəskin periodontit ya xroniki periodontitin ağırlaşması, eləcə də ağıl 
dişinin  çətin  çıxması,  irinləşmiş  kista,  periostit,  osteomielit  zamanı  infeksiyanın 
yumşaq  toxumaya  yayılması  nəticəsində  abses  və  fleqmona  baş  verirlər.  Üz-çənə 
nahiyəsindəodontogenabses və fleqmonaları səbəbkar dişin əngdə və yaxud çənədə 
olduğundan,  anatomik-topoqrafik  yerləşdiyi  nahiyələrdən  asılı  olaraq  aşağıdakı 
qruplara ayırmaq olar:  
1. İlkin patoloji ocaq çənədə olan zaman irinli prosesin yerləşdiyi nahiyələr:  
a) Çənəaltı, buxaq, yanaq (səthi lokalizasiya);  
b) Çənə-qanadvari, udlaqətrafı, dilaltı, ağız boşluğu dibi (dərin lokalizasiya);  
c) Ikincili irinin yayılması-çənəarxası, qulaqətrafı-çeynəmə əzələ, boyun, dil.  
2. İlkin patoloji ocaq əngdə baş verərsə irinli prosesin yerləşdiyi nahiyələr:  
a) Gözaltı, yanaq, almacıq, damaq (səthi lokalizasiya);  
b) Gicgahaltı qanadvari-damaq çuxuru ( dərin lokalizasiya);  
c) Ikincili irinin yayılması-gicgah, göz yuvası  
 
Abses-səthi  yerləşən,  məhdud  irinli  prosesdir.  Fleqmona-dərialtı,  fasiyaarası, 
əzələarası geniş yayılmış irinli iltihabdır.  
Etiologiyası.  Abses  və  fleqmonanın  törədiciləri  odontogen  ocaqlarda  olan  qarışıq 
mikrofloradır (stafilokokk, streptokokk və b. növlü kokklarla simbiyozda). Son vaxtlar 
fleqmonanın baş verməsində anaerob infeksiya xeyli rol oynayır. Eləcə də, aerob və 
anaerob bakteriaların bir yerdə iştirakı qeyd olunur. Sifətin abses və fleqmonası 20-30 
yaşlı  xəstələrdə  çox  rast  gəlinir,  bu  da  daha  çox  həmin  yaşda  karieslə  dişlərin 
zədələnmələri, ağıl dişinin çətin çıxması ilə bağlıdır.  
Patogenez. Kəskin irinli iltihabı proseslərin baş verməsi, kliniki gedişatı mikrofloranın 
virulentliyindən,  orqanizmin  spesifik,  qeyri-spesifik  müdafiə  qüvvəsindən, 
toxumaların  anatomik-topoqrafik  xüsusiyyətlərindən  asılıdır.  Onlardan  asılı  olaraq 
iltihabı  proseslər  hormergik,  hiperergik  və  hipoergik  gedişatla  müşahidə  olunurlar. 
Mikrobların kiçik toksiki təsiri, onların möhtədil konsentrasiyası və orqanizmin uyğun 
reaksiya  verməsi  zamanı  abses  və  fleqmona  normergik  kliniki  gedişata  malik  olur. 
Əgər  odontogen  ocaq,  yəni  infeksiya  diş  kökünün  zirvəətrafı  toxumalarında  uzun 
müddət  qalarsa  bədənin  yüksək  dərəcəli  sensiblizasiyası,  immunitetdə  yaranmış 


disbalans  fonunda  fleqmona  geniş  yayılmış  formada  hiperergik  reaksiyaya  məxsus 
şəkildə  gedir.  Xəstəliyin  törədiciləri  şərti  patogen  mikrob  olarsa,  zəif  antigen  təsirə 
malikdirsə, onlara qarşı formalaşmış spesifik reaksiya fonunda proses zəif, hipoergik 
gedişat daşıyır.  
Kliniki şəkli.Üz-çənə nahiyəsindəabses normegik ya hiporergik reaksiya fonunda keçir. 
Abses zamanı xəstələrin ümumi vəziyyəti ağır olmur. Ağrı hissi irinli ocağa toxunan ya 
palpasiya  zamanı  baş  verir,  ağrılar  o  vaxt  güclü  olur  ki,  iltihabi  proses  udlaqətrafı, 
qanadvari  –  çənə,  dilaltı  nahiyələrdə,  dildə  yerləşsin.  Bu  halda  ağızın  açılması, 
udqunma ağrılı olur, bədənin temperaturu subfebril olur.  
Bəzən  xəstələr  ümumi  nasazlıq,  baş  ağrıları,  zəiflik  qeyd  edirlər,  İntoksikasiya 
əlamətləri müşahidə olunmur.  
Abses zamanı iltihabi reaksiyanın növündən asılı olaraq mötədil leykositoz qeyd edilir. 
EÇM normada olur, bəzən 10-17 mm/s –yə qədər qalxa bilər.  
Üz-çənə nahiyəsində, boyunda, fleqmonanın klinik şəkli müxtəlif formada müşahidə 
oluna bilər. Fleqmonanın bir nahiyədə və ya bir neçə nahiyədə olması ilə, eləcə də 
yerləşdiyi nahiyələrdən asılı olaraq kliniki gedişatı, bədənin reaksiyası, ağırlıq dərəcəsi 
müxtəlif şəkildə gözlənilə bilər. Fleqmona bir nahiyədə olarsa çox vaxt iltihabi reaksiya 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin