ölçüsündən asılı olaraq toxuma qatları irinliyə qədər 3-4 sm uzunluğunda kəsilməlidir.
Bəzi hallarda kəsik yalnız dəridə 3-4 sm uzunluğunda aparılır, sonra yaranın ortasından
maskitin ucu ilə təzyiq altında irinli ocaq qıfaoxşar forma alır. Bu cür vəziyyətdə böyük
irinli ocaqdan qıfın ucunu xatırladan yaradan irin damcılanır. Belə hallarda yaranın
irindən təmizlənməsinin uzun vaxt apardığını həkimlər mikrofloranın virulentliyidə,
makroorqanizmin spesifik və qeyri-spesifik immun sisteminin zəifliyində,
antibiotiklərin zəif təsirində görürlər.
İrinli prosesin məhdud bir anatomik nahiyədə yerləşməsindən, xəstənin ümumi
vəziyyətindən, əməliyyatın aparılacaq şəraitdən asılı olaraq onun açılması yerli və
ümumi ağrısızlaşdırma altında irinli ocaq açılsın. Cərrahi əməliyyat irinli proses
yerləşdiyi nahiyədən asılı olaraq maska narkozu altında, venadaxili ketaminlə aparılır.
Əgər buna şərait olmazsa onda bu əməliyyatı premedikasiya fonunda yerli
keyləşdirmə altında aparmaq mümkündür.
Üz-çənə nahiyəsinin irinli-iltihabı xəstəliklərinin kompleks konservativ müalicəsi,
prosesin kliniki gedişatından (hipoergik, normergik və hiperergik) asılı olaraq
antibakterial, desensiblizasiyaedici, detoksikasion terapiyadan, immun sisteminin
korreksiyasından ibarətdir.
İrinli ocağın ilk açıldığı vaxtdan möhtəviyyat müayinəyə götürülür. Bakterioloji
tədqiqat aerob və anaerob mühitdə aparılmalıdır. Bakterioloji müayinənin cavabı
gələnə qədər xəstəyə geniş spektr təsirə malik olan sfelosparin qruplu antibiotiklər
təyin edilir.
Preparatlar əzələdaxili, venadaxili ya arteriyadaxili yeridilir. Mikrobioloji tədqiqatın
cavabı gəldikdən sonra ona uyğun antibiotiklər təyin edilir.
Detoksikasion terapiya məqsədi ilə 400 ml gemodez ya reopoliklyukin, 500 ml 10%
qlyukoza, 5-10 ml Vit C, 6 ed insulin, 10-20 mq kokarboksilaza venadaxili təyin edilir.
Rəhimov Ç.R (1992) üz-çənə və boyun nahiyələrinin irinli iltihabı xəstəliklərinin
profilaktikasında və müalicəsində antioksidant terapiyanın müsbət rolunu
öyrənmişdir. Timofeyev A.A, Solnsev.A.M. (1988) fleqmonanı açdıqdan sonra mikrob
allergeni ilə spesifik hiposensiblizəedici terapiya aparılır. Çürüntülü –nekrotik
fleqmona zamanı venadaxili qanqrenaya qarşı zərdab yeridilir,hiperbarik
oksigenasiya, hemosorbsiya aparılır. İmmunoloji fəaliyyətin göstəricilərini korreksiya
məqsədi ilə T-akti levamizol təyin edilir.
Hüseynzadə. H.H (2009) üz-çənə nahiyəsində odontogen fleqmonalarla xəstələrdə
immun sisteminin göstəriciləri və antioksidant sistemin vəziyyətini öyrənərək cərrahi
əməliyyatla yanaşı kompleks müalicə növü işlədib tətbiq etmişdir. Müəllif
immunstimullaşdırıcı (immunomaks), limfotrop (qlisiram) və antioksilant (ridutoks)
təsirə malik preparatları birlikdə istifadə edərək odontogen fleqmonaların
müalicəsində potogenetik cəhətdən əsaslandırmişdır.
İrinli ocaq açıldıqdan və yara irindən təmizləndikdən sonra fiziki metodlardan istifadə
olunur. Yaraya UBŞ – terapiya, antibiotiklə dimeksidlə elektroforez, fonoforez U.Y.T.
tətin edilir.
Dostları ilə paylaş: