Dişlərin çəkilməsinə göstərişlər və əks göstərişlər
Dişlərin çəkilməsinə bir çox göstərişlər və əks göstərişlər vardır. Bu göstərişlər və əks
göstərişlər ümumi və yerli səbəblərdən asılı olaraq iki hissəyə bölünürlər.
Dişlərin çəkilməsinə göstərişlər üçün ümumi səbəblər aşağıdakılar ola bilərlər:
odontogen xroniki sepsis; odontogen xroniki intoksikasiya; odontogen xəstəlim
fonunda endokardda, miokardda, böyrəklərdə baş verən patoloji proseslər.
Dişlərin çəkilməsinə yerli göstərişlər mütləq və nisbi xarakterli olub aşağıdakılar aid
edilir.
Mütləq göstərişlərə konservativ yolla müalicə olunmayan periodontitli diş, hansının
ki, kanal keçilməzliyi var, onun replantasiyasına, kökünün zirvəsini rezeksiya etməyə
imkan olmadıqda, kəskin odontogen osteomielit, Haymer boşluğunun iltihabına
səbəb olması və s. aiddir.
Dişin planlı çəkilməsinə göstərişlər: aşağı ağıl dişi retensiya və ya yarımretensiya
olduqda, perikoronit zamanı çəkilir.
Nisbi göstərişlərə aiddirlər:
- Düzgün çıxmayan diş tacı ətrafında patoloji prosesin olması (perikoronit, retromolyar
periostit);
- Müvəqqəti diş vaxtında düşmədikdə və daimi dişin çıxmasına mane olarsa;
- Tacı dağılmış müvəqqəti dişin ətrafında xroniki iltihablı proses olarsa, daimi dişin
iltihabı prosesə uğramaması üçün;
- Düzgün yerləşməyən diş (ağıl dişi, köpək dişi) yanağın selikli qişasını, qanadvari çənə
büküşünü zədələyərsə;
- Sayından çox anomal yerləşən, sifətdə eybəcərlik
yaradan diş çəkilməlidir;
- Çənə sınığı zamanı dişin kökü sınıq xəttində yerləşərsə və sınıq paylarının
fiksasiyasında müvəqqəti olaraq rol oynamırsa o diş çıxmalıdır;
- Ön qrup dişlər sıx olarsa və onların ortodontik yolla alveol qövsünə düzgün
yerləşdirmək məqsədilə premolyar dişlər çıxardılır;
- Uşaq doğulanda ağzında diş olarsa və onu plasmasdan hazırlanmış lövhə ilə örtmək
mümkün olmursa onda o diş çəkilməlidir, ona görə ki, uşaq döş əmən zaman giləsini
zədələyər və iltihablı prosesə səbəb ola bilər;
- Tam retensiya olunmuş diş çəkilməlidir.
Dişlərin çəkilməsinə əks göstərişlər nisbi xarakter daşıyırlar və xəstənin ümumi
vəziyyətindən, bir sıra xəstəliklərdən, eləcə də yerli patoloji proseslərdən asılıdırlar.
Ümumi əks göstərişlərə aiddirlər:
- Kəskin infeksion xəstəliklər (difteriya, su çiçəyi, skarlatina, dizenteriya, vərəm);
- Qan xəstəlikləri, (leykemiya, aqranulositoz, bədxassəli qan azlığı, hemofiliya, qan
laxtalanmasının aşağı olması,
verliof xəstəliyi, diabetik koma);
- Ürək-qan damar sistemi xəstəlikləri (miokardın ifarktı, ürək qüsurunun
dekompensasiyası, hipertonik kriz, xroniki koronar çatmamazlıq, septik endokardit,
proksizmal aritmiya);
- Sinir sisteminin orqanik və funksional dəyişikliklərində (beyin qan dövranının kəskin
pozulması, meningit, ensefalit, epilepsiya, psixozlar və b.);
- Kəllə beyin travması (insult, beyin şişi və s.);
- Parenximatoz orqanların kəskin xəstəliklərində;
- Ruhi xəstəliklərin ağırlaşmış dövründə (şizofreniya, depressiv psixoz);
- Menstruasiya zamanı və s.
Bütün bu yuxarıda göstərilən ümumi əks göstərişlər zamanı xəstə hər profil üzrə
ixtisasçı ilə konsultasiya olunmalıdır, lazımi kliniki hazırlıq aparılmalıdır (lazım gələrsə
klinika şəraitində) və ondan sonra diş çəkilməlidir. Bu hallarda xəstənin
psixoemosional hazırlanmasına ciddi yanaşmaq lazımdır.
Yerli əks göstərişlərə aiddirlər: ağız boşluğu selikli qişasının xəstəlikləri (stomatit,
gingivit0; daimi dişin mayası olmazsa müvəqqəti diş çəkilməməlidir; bədxasəli şiş olan
yerdə, çənədə sümükdaxili hemangioma olarsa o zonada diş çəkilməməlidir. Alveol
çıxıntısında bədxassəli şiş nahiyəsində dişin çəkilməsi şişin sürətlə inkişafına, metastaz
verməsinə səbəb ola bilər. Hemangioma olan yerdən dişin çəkilməsi güclü qanaxma
törədir. Diş
bədxassəli şişlə, hemangioma ilə bir yerdə çıxarılmalıdır.
Dostları ilə paylaş: