Müxtəlif qrup dişlərin çəkilmə xüsusiyyətləri. Ayrı-ayrı dişlərin çəkilməsi onun
formasından, köklərinin sayından, yerləşdiyi nahiyədən, dişətrafı sümük toxumasının
qalınlığından, sərtliyindən asılıdır.
Yuxarı kəsici dişlərin konusaoxşar formalı bir kökü var. Yan kəsici dişin kökü yanlardan
bir qədər yastılaşmış formadadır. Bu dişləri çəkən zamanm sol əlin göstərici barmağı
ilə üst dodağı qaldırmaq, alveol çıxıntısını vestibulyar tərəfdən və baş barmaqla
damaq tərəfdən fiksə etmək lazımdır. Dodaq tərəfə rotasion və daha az laxlatmaq
hərəkəti aparılır.
Yuxarı köpək dişin çox iri, uzun kökü var. Kökün yuxarı hissəsində çox halda əyrilik olur,
alveol divarları kəsici dişlərdən fərqli olaraq xeyli qalındır. Sümük xaricdən damağa
nisbətən nazikdir. Birinci rotasiyaedici hərəkət xaricə və sonra rotasion hərəkətlərlə
diş burxudulur. Köpək dişi çəkilən zaman xəstənin başı bir qədər əks tərəfə çevrilir.
Həkimin sol əlinin barmaqları kəsici dişləri çəkən vaxtı olan vəziyyətdə olur.
Yuxarı birinci böyük azı dişi çəkən zaman ilk hərəkət içəri (damağa) edilir. Aşağı ikinci
və üçüncü böyük azı dişlərdə də ilk hərəkət içəri (dilə) tərəf edilməlidir. O biri dişlərdə
isə ilk laxladıcı hərəkət bayıra, sonra içəri olmalıdır.
Yuxarıdişləri çəkən zaman həkim xəstənin sağında və önündə durur. Aşağı ön dişləri
çəkən zaman həkim xəstənin sağında və bir az önündə durur. Aşağı kiçik və böyük azı
dişlərini sol tərəfdə çəkən zaman həkim xəstənin sağında və bir qədər önündə
durur.Aşağı böyük azı dişlərinisağ tərəfdən çəkən zaman həkim xəstənin sağında və
arxasında durur. Dişlərin çıxarılma texnikası belə edilir:
1. Kəlbətinin dişin boynuna qoyulması və diş ətinə irəli itələnməsi;
2. Kəlbətinin fiksasiyası;
3. Dişin luksasiya və rotasiyası-laxladılması;
4. Dişin çıxarılması traksiyası.
Əgər retensiy olunmuş dişin tacı damaq səthinə yaxın yerləşərsə və o nahiyədə
qabarma ayırd edilərsə, onda damaq arteriyasının ucqar şaxəsi içində olmaq şərtilə
üçbucaq formada selikli-sümüküstlüyü dilim biçilir. Axırıncını sümükdən ayırdıqdan
sonra fissur borun köməyi ilə diş boyu üzrə sümük qatı götürülür və sonra elvatorla,
yada kəlbətinlə diş çıxardılır. Yarada mostaz yarandıqdan sonra dilim yerinə qoyulub
ipək sapla tikilir.
Diş çəkildikdən sonra yaraya qulluq. Diş çəkildikdən sonra müəyyən ağırlaşmaların baş
verməsi bir sıra amillərdən asılıdır.
İlk nönövbədə dişin tipik və ya atipik çəkilməsi imkan dərəcəsində minimal travmatik
aparılmalıdır. Dişi çəkən zaman onun tam aparılmasına nail olmaq lazımdır. Sınmış
kökü yuvada saxlamaq olmaz. Əgər kəlbətinlə, elevatorla çəkmək mümkün olmursa,
onda bormaşının köməyi ilə yuvanın vestibulyar divarı açılır və kök elevatorla çıxarılır.
Əgər diş travmatik çəkilərsə, diqqətli olmaq lazımdır ki, diş çəkildikdən sonra sümük
qırıntıları yuvada qalmasın . diş kökünün zirvəsində qranulyoma olarsa və diş
çəkiləndə köklə çıxmazsa həkim küretaj qaşıqla onu çıxartmalıdır. Yuvanın kənarı iti
qalmamalıdır. Alveolun xarici və daxili divarı cuna tamponunu oraya qoymaqla
üstündən barmaqla sıxılır. Yaranın üstünə cunadan bir neçə kürə qoyulur və xəstə
çənəsini sıxır. 10 dəqiqədən sonra tampon atılır, 2 saat ərzində xəstəyə yeməmək,
içməmək məsləhət görülür.
Bir diş və ya bir neçə diş çəkildikdən sonra, yuvada iltihabı prosesin əlamətləri
yoxdursa, yuvanın kənarını hamarlamaqla yaraya tikiş qoymaq olar. Bu mümkün
olmazsa trapesəbənzər ya qövsvari kəsik aparmaqla toxumanı mobilizə etmək
lazımdır. Dişin travmatik çəkilməsindən sonra xəstəyə antibiotik, analgetik
antiseptiklərlə yaxalama təyin edilir.