İkiqarıncıqlı əzələ (m.digastricus) iki qarıncıqdan ibarət olaraq, dilaltı sümüyün
cisminə bağlanır. Arxa qarıncıq gicgah sümüyünün məməciyəbənzər çıxıntısından
başlayaraq aşağı, önə gedir, tədricən vətərə sıxılaraq ön qarıncıqla birləşir. Ön qarıncıq
çənədə ikiqarıncıqlı çuxura bağlanır. Bu əzələ dartılaraq çənəni endirir və arxaya
dəyişir.
Çənə-dilaltı əzələ (m.mylohyoideus). Çənə cisminin daxili səthində mylohyoidea-dan
başlayır və içəri, aşağı gedir. Mərkəzi xətt üzrə sol, sağ əzələlər bir-birilə birləşir, arxa
hissədə dilaltı sümüyün cisminə bağlanır. Bu əzələ dartıldıqda çənə enir və arxaya
dəyişir.