Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə136/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   132   133   134   135   136   137   138   139   ...   162
Elektron diw

Çənə sınıqlarının müalicəsi 
Çənə  sınıqlarının  müalicəsi  kompleks  tədbirlərlə  həyata  keçirilir.  İlk  növbədə 
fraqmentlərin  düzgün  vəziyyətdə,  imkan  dərəcəsində  qısa  bir  müddətdə,  bitişməsi 
üçün  şərait  yaradılmalıdır.  Əsas  məsələlərdən  biri  sınıq  paylarının  repozisiyası  və 
həmin vəziyyətdə fiksasiyasını təmin etməkdir. İrinli-iltihabı fəsadların qarşısını almaq 
üçün profilaktik tədbirlər aparmaq, reparativ osteogenez prosesini optimallaşdırmaq 
üçün şərait yaratmaq lazımdır.  
Fraqmentlərin tərpənməzliyi üçün ortopedik və cərrahi üsullar üsullar tətbiq olunur.  
Ortopedik fiksəedici metodlar müvəqqəti və daimi, yəni müalicəvi olurlar.  
Sümük paylarının müvəqqəti hərəkətsizliyi qısa müddətdə, yəni xəstəni ixtisaslaşmış 
şöbəyə göndərən zaman istifadə olunur. Bu yardım bir neçə saat, ya bir sutkaya qədər 
göstərilir. Bu məqsədlə kəllə-çənəaltı sapanavan elastik gipslə sarğı, funksional sarğı 
istifadə  olunur.  Nazik  gümüş-alüminium  məftillə  (0,5  mm  diametrində)  hər  iki 
fraqment dişlərin köməyi ilə bir-birinə adi bağla, 8-vari və Ayvi bağı ilə bağlanırlar.  
Daimi  ortopedik  fiksasiya  üçün  diş  həkimi  Tikerştedt  1916-ci  ildə  (Kiyev)  dişüstü 
alüminium  şinasını  təklif  etmişdir  və  hal-hazırda  da  gündəlik  həkim  təcrübəsində 
istifadə edilir. Bu şinalar bir neçə formada- sığallı şina, dayaqlıq əyri şina, qarmaq şina 
şəklində hazırlanaraq istifadə olunurlar.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin