Müalicə: şişin sağlam toxuma ərəfəsində radikal kəsib götürülməsi. Şiş çıxarılandan
sonra proqnoz yaxşıdır.
Lipoma piy toxumasından baş verən xoşxassəli şişdir. Törəməyə üz-çənə nahiyəsinin
hər bir yerində rast gəlinə bilər. Obyektiv-lipoma yumru, oval formada yumşaq
konsistensiyada olur. Nazik kapsula ilə əhatə olunmuş hissə-hissə quruluşdan
ibarətdir. Səthi sığallıdır, dəri törəmənin üstündə rəngini dəyişmir.
Ultrasəs müayinəsində şiş yumru ya oval formada, oxşar quruluşda və yüksək
exogenliyi ilə müşahidə olunur. lipomanı dermoid, epidermoid kistalarla, ağızsuyu
vəzinin kistası ilə, hemangioma, limfangioma ilə differensasiya etmək lazımdır.
Müalicə: şişin müalicəsi radikal cərrahi yolla çıxarılmasından ibarətdir. Törəmənin
üstündə dəridə kəsik aparılır, dərialtı toxuma və səthi fasiya kəsildikdən sonra küt
yolla şiş ətraf toxumadan ayrılır, separasiyaedici qayçı ilə şiş kapsulada çıxarılır. Yara
qat-qat tikilir, basıcı sarğı qoyulur.