udqunmanın, nitqin pozulması, nəfəsalmanın çətinləşməsi, göz almasının yerini
dəyişməsi, üst və alt dodağın keyləşməsi və s.) ola bilər.
Törəmə nahiyəsində ağrının forması mühüm diaqnostik rol oynayır. Ağrının növləri
(kəskin, küt, qısamüddətli, uzun, sızıltılı, sancan və s.) patoloji prosesin mahiyyəti
haqqında açıqlıq yarada bilər. Xoşxassəli şişlər zamanı adətən ağrı olmur, ağrı
bədxassəli şişlərə, iltihabi proseslərə məxsusdur.
Xəstəliyin anemnezini yığan zaman törəmənin nə vaxt baş verdiyini, xəstə şişin
yaranmasını nə ilə əlaqələndirir, ilk əlamətləri nə olub, sonralar inkişaf etmə tempi
necə keçib, əvvəllər aparılan müalicənin nəticəsi və s. nəzərə alınmalıdır. Şiş
anadangəlmə və qazanılmış olması dəqiqləşdirilməlidir.
Boyun və üz-çənə nahiyəsi şişlərinin diaqnostikası həkimdən müəyyən təcrübə və
dərin bilik tələb edir. Xəstənin kliniki müayinəsi hərtərəfli aparılması çox vacibdir. Yerli
statusu yoxlayan zaman şişin ölçüsünə, formasına, onu örtən dərinin, selikli qişanın
rənginə, konsistensiyasına, konturlarının dəqiq olub-olmamasına, hərəhətli ya
hərəkətsiz olmasına, ağrının qeyd edilib-edilməməsinə diqqətlə fikir vermək lazımdır.
Bir sıra şişlərə müəyyən nahiyələrdə (boyunun mərkəzi, yan kistası, ağız suyu vəzi
şişləri, çənə bucağında ameloblastoma) daha çox rast gəlinir.
Onkoloji xəstələrin əlavə müayinə üsulları müasir dövrdə bir çox yollarla aparılır. Üz
skeleti sümüklərinin şişləri zamanı rentgenoloji, ortopantotomoqrafik müayinələri
vacib diaqnostik məlumat almağa imkan verir. rentgenoloji müayinə iki və çox
proyeksiyalarda (yan və ön) aparılır, bununla yanaşı ağızdaxili və ağızdankənar
qaydada yerinə yetirilir. Ağızdankənar çox işlənən üsuldur, yalnız alveol çıxıntısında
kiçik həcmli şişlərdə ağızdaxili R-müayinə istifadə olunur.
Rentgenoqrammanın keyfiyyətli olması, sümük toxumasında patoloji prosesi dəqiq
araşdırmağa imkan verir, bunun üçün düzgün proyeksiya,plenkanın işlənilməsi vacib
şərtdir. Çənələrdə müxtəlif mənşəli şişlər zamanı rentgenoloji olaraq bir çox şişlərə
məxsus sümükdə eyni patoloji dəyişiklik müşahidə oluna bilər. Osteogen şişlərin və
şişəbənzər törəmələrin bir qismində sümükdə qalınıaşma sümük çoxluğu ayırd edilir,
digər halda patoloji proses nahiyəsində sümük azlığı boşluq defekt müşahidə edilir.
Odontogen mənşəli bir qrup şişlərdə kistoz nölü törəmələrdə (radikulyar, folikulyar,
keratokista, ameloblastoma) rentgenoloji müayinədə sümükdə müxtəlif formalarda
boşluq-defekt aşkar olunur. eləcə də əngdə və çənədə qeyri-odontogen və qeyri
osteogen törəmələrdə müxtəlif formalı patoloji ocaqlar görünür. Bütün bu patoloji
dəyişiklikləri bir-birindən differensasiya etməkdə rentgenoqrammanı düzgün təhlil
etmək diaqnostikada böyük rol oynayır, əlbətdə, kliniki məlumatları nəzərə alaraq.
Yumşaq və sümük toxumalarının qat-qat müayinəsi-
kompüter tomoqrafiya (KT)
yüksək həlledici üsuldur və dəqiq olaraq zədələnmiş ocağın yerləşdiyi nahiyəni,
sərhədlərini, ölçülərini göstərir. KT müayinəsini aparmağa göstərişlər əsas üzün,
boyunun dərin qatlarında (qanad-damaq və gicgahaltı çuxur, udlaqətrafı) yerləşən
şişlərdir.
Dostları ilə paylaş: