Dilin xərçənginin müalicəsi kombinə edilmiş yolla operasiyaönü şiş ocağının
şüalandırılması, şişin cərrahi yolla radikal çıxarılması, çənəaltı, boyun nahiyəsinin
limfa düyünlərinin hər iki tərəfdən çıxarılması ilə aparılır. Cərrahi əməliyyatı
elektroeksiziya ilə şişi sağlam toxuma ərəfəsində kəsib götürməklə aparmaq lazımdır.
Ağiz suyu vəzilərinin bədxassəli şişləri
Ağız suyu bədxassəli şişlərinə mukoepidermoid şişi, sistadenoid karsinoma
(silindroma), xərçəng aiddirlər.
Mukoepidermoid şiş (mukoepidermoid karsinoma). Bu şiş ağız suyu vəzilərində
gözlənilən bütün şişlərin 3,5%-8,5%-ni təşkil edir.
15. Protezləşdirmə. Diş sırası defektlərinin bərpası
Protezləşdirmə. Diş sirasi deffektlərinin bərpasi
Müxtəlif səbəblərdən diş sırasında defekt yəni dişlərin itirilməsi baş verərsə onu süni
yolla bərpa etmək lazım gəlir. Buna protezləşmə deyilir. Protez bədənin süni
hissəsidir. Diş protezləri diş tacının, dişlərin, çənənin alveol çıxıntısının süni
hissəsidir. Protezləşmədən əvvəl ağız boşluğunun sanasiyası aparılmalıdır. Diş sırasını
bərpa etmək üçün aşağıdakı protezlərdən istifadə olunur.
1. Diş tacının bərpası üçün lazım olan protezlər;
2. Diş cərgəsinin bərpası üçün lazım olan protezlər;
3. Dişsiz çənələrin bərpası üçün lazım olan protezlər.
Protezlər çıxan və çıxmayan olur. Çıxan protezlər hissəvi və tam olur. Tam protezlər
tam dişsiz çənələrə düzəldilir. Konstruksiyasına görə taxma, qapaq körpüvari,
plastinka və qövslü protezlər olur. Protez xəstənin ortopedik müalicəsi üçün lazımdır.
Protezin köməkliyi ilə həm müalicəvi həm profilaktik həm də estetik məqsədlərə
çatmaq olur. Protez vasitəsilə xəstənin çeynəmə, nitq, udma və oynaq funksiyaları
bərpa olunur. Protez diş sıralarını yeni defektlərdən ikincili deformasiyalardan,
paradonta düşən təzyiqdən qoruyur. Protezin köməyi ilə xəstə öz
xarici görünüşünə
arxayın olur. Protezləşmə üçün müxtəlif ölçü materaallarından istifadə olunur. Ölçü
–çənənin bərk və yumşaq toxumalarının səthinin tərs neqativ üzüdür. Ölçülər
anatomik və funksional olur. Anatomik ölçülər stabdar qaşıqlarla. Funksional ölçülər
isə fərdi qaşıqlarla funksional vəziyyətlər qeyd edilərək götürülür. Ölçü materialı
dəqiq səthi göstərməli zərərsiz olmalı antisepti təsir göstərməli ağızda həll olmamalı
və s. təlabatlara cavab verməlidir.
Diş tacının bərpası üçün düzəldilən qapaqlar metalla plasmas, metalla
keramika, qızıl
ola bilər. Qapaqlar üçün diş yonulur, separasiya edilir. Ölçü götürülür hazır olduqda
dişə taxılaraq sementlənilir. Qapaqlar bir sıra təlabatlara cavab verməlidir. Dişləmi
qaldırmamalı, dişin boynunu tam örtməli, çox uzun və ya qısa olmamalı, dişin
formasını təkrar etməlidir. Əks halda travma və iltihabın əmələ gəlməsinə səbəb ola
bilər. Diş cərgəsində bir və ya bir neçə diş olmazsa körpüvari protez düzəldilir. Bu
zaman parodont toxumalarına düşən təzyiqi nəzərə almaq lazımdır. Körpüvari
protez
qapaq və aralıq hissədən ibarətdir. İstinad dişləri müəyyən edildikdən sonra onlara
qapaqlar düzəldilir. Qapaqlrı yoxlaya zaman onlarla bir yerdə aralıq hissəni
düzəltmək üçün ölçü götürülür, aralıq hissə selikli qişa üzərində arxa dişlərdə asılmış
vəziyyətdə, ön dişlərdə isə toxunan vəziyyətdə olmalıdır. Körpüvari
protezin müsbət
cəhətləri odur ki, ölçüləri kiçikdir, möhkəmdir, funksional effekti çoxdur. Təbii dişlərə
oxşayır və xəstə ona tez öyrəşir. Mənfi cəhəti odur ki, çox
zaman sağlam dişlər
yonulmağa məruz qalır, bu da onların paradontuna təzyiq edir və həmçinin
körpüvari protez gigiyenik cəhətdən çıxan protezlərdən geri qalır. Əgər diş sırasının
defektini körpüvari protezlə bərpa etmək mümkün deyilsə bu zaman çıxan protez
düzəldilir. Hissəvi çıxan protezin əsası, saxlayıcı elementləri və süni dişləri vardır.
Tam çıxan protez isə əsas və süni dişlərdən ibarətdir. Əsas-bazis plasmas və ya
metaldan plastinka olub üzərində süni dişlər yerləşir. Bazes alveol çıxıntı üzərində,
yuxarı dişlərdə isə həm də damaq üzərində yerləşir. Çeynəmə təzyiqi süni dişlərdə
bazis vasitəsi ilə selikli qişaya örtülür. Bazis nə qədər kiçik olarsa xəstə üçün bir o
qədər rahat olur. Xəstə üçün ağız boşluğunda hətta bir dişin qalması çox
əhəmiyyətlidir. Xüsusilə aşağı çənədə. Çünki aşağı çənədə protez daha az sahəyə
malikdir və aşağı çənə hərəkətlidir.
Diş sırasının bərpası üçün çıxmayan körpüyəbənzər protezlərdən istifadə olunur.
mərkəzi okklyuziyada dişlər birləşmirsə (vertikal istiqamətdə) buna açıq dişləm
deyilir. Protezləmədə III və ya IV dərəcəli laxlayan dişlər çəkilməlidir. Protezləmənin
əsas məqsədi insanların ümumi sağlamlaşdırılmasına xidmət edir.