Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə17/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   13   14   15   16   17   18   19   20   ...   162
Elektron diw

 
DİŞLƏRİN ANATOMİYASI 
 
Dişin səthləri. Diş üzərində şərti olaraq 5 səth qəbul edilmişdir:  
Vestibulyar səth (facies vestibularis) - ağız dəhlizinə baxan səthdir. Ön dişlərdə bu 
səth dodaqlara söykəndiyi üçün dodaq səthi (facies labialis), dal dişlərdə isə yanağa 
söykəndiyi üçün yanaq səthi (facies buccalis) adlanır.  
Okklüzyon səth (facies occlusalis) ayrı-ayrı çənə dişlərinin bir-birinıə baxan səthidir. 
Bu termin azı dişlərə aiddir. Kəsici və köpək dişlərdə isə bu termini kəsici kənar 


(margo incisalis) əvəz edir. Dil səthi (facies lingualis)- dişlərin xüsusi ağız boşluğuna 
və ya dil tərəfə baxan səthidir. 
Söykənən və ya kontakt səthlər (facies contactus). Qonşu dişlərə söykənən səthlərə 
deyilir. Kontakt səthlərin özüdə medial və distal səthlərə bölünürlər.  
Medial səth (facies medialis) – orta xəttə və ya içəri baxan səthə deyilir
ədəbiyyatlarda bəzən mezial (mesos – orta) kimidə adlandırılır.  
Distal səth (facies distalis) – daha sonrakı dişə baxan səthə deyilir.  
Kiçik və böyük azı dişlər üçün habelə ön səth (facies anterior) və arxa səth (facies 
posterior) terminləri də işlədilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin