Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Yerli keyləşdirmə zamanı ağırlaşmalar



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə43/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   39   40   41   42   43   44   45   46   ...   162
Elektron diw

Yerli keyləşdirmə zamanı ağırlaşmalar. Yerli anesteziya zamanı baş verən 
ağırlaşmalar ümumi və yerli xarakter daşıyırlar. Ümumi ağırlaşmalara aiddir: bayılma, 
kollaps, şok. Bayılma: stomatoloji təcrübədə bayılma tez-tez baş verir. xəstədə 


qəfildən qısa müddətli huş itmə olur. Bunun səbəbi baş beyində kəskin hipoksiyadır. 
Bu da anesteziya, cərrahi əməliyyat qabağı qorxudan, kəskin diş ağrısı hesabına, 
yuxusuzluq ac qalmaq sinir sisteminin gərginliyi və s., bədənin ümumi zəifliyi 
nəticəsində baş verə bilər. Bayılma zamanı vegeto-damar pozğunluğu baş verir və 
onun nəticəsində dəri ağarır, nəbz azalır, arterial təzyiq aşağı düşür, nəfəs alma səthi 
olur. Bayılma adətən bir neçə saniyədən bir dəqiqəyə qədər davam edir. Bayılma 
zamanı ilk yardım xəstəyə horizontal vəziyyət vermək, naşatır spirti iylətmək, sifətə 
soyuq su vurmaq, bəzən xəstənin qan təzyiqini təyin etdikdən sonra ürək 
preparatları (kardiamon, kofein) vurmaq lazımdır.  
Kollaps: qan dövranının kəskin pozulması nəticəsində bədənin bütün həyatı 
əhəmiyyətli funksiyası aşağı düşür, halsızlıq, zəiflik, baş hərlənmə baş verir, xəstə 
huşunda olur, dəri ağarmış soyuq və tərləmiş olur. Arterial təzyiq aşağı düşür, nəbzin 
zəif olması, taxikardiya, səthi tənəffüs müşahidə olunur.  
Kollaps zamanı xəstəyə uzanılmış vəziyyət vermək, venadaxili 40% qlükoza, askorbin 
turşusu ilə yeritmək lazımdır.  
Şok: kliniki aşkar olma səbəblərin üstünlüyünə görə şok bu növlərə bölünür:  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin