Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə46/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   42   43   44   45   46   47   48   49   ...   162
Elektron diw

 
YERLİ ANESTEZİYA ÜÇÜN DƏRMANLAR  
 
Müasir dövrdə yerli anesteziya üçün bir çox anestetiklər istifadə olunur. Bu 
dərmanlara qarşı təbabətdə qoyulan bir sıra tələblər daima onların təkmilləşməsinin, 
yeni növlərin istehsalatının vacib olduğunu qeyd edirlər. Ona görə ildən- ilə 
müxtəlifanestetiklər istehsal olunur və təcrübədə işlənilir. Yerli anestetik dərmanlar 
ilk növbədə yüksək ağrısızlaşdırıcı təsirə malik olmalıdırlar, onların təsiri tez başlayıb 


və uzun müddət davam etməlidirlər, bədən üçün toksiki təsiri, allergik fəsadları 
olmamalıdır, toxumalarda qıcıqlandırıcı və destruktiv dəyişikliklər əmələ 
gətirməməlidirlər və s. Bunların əsasında stomatoloji təcrübədə tez-tez xarici 
ölkələrdə istehsal olunmuş yeni-yeni anestetiklər tətbiq olunur. Buna misal olaraq 
demək olar ki, dünənə qədər uzun müddət və geniş miqyasda istifadə olunan 
novokain artıq bu gün stomatoloji təcrübədə az işlədilir.  
Anestetiklər kimyəvi tərkibinə görə iki yerə bölünürlər: mürəkkəb efir tərkibli, amid 
tərkibli anestetiklər.  
Ağrısızlaşdırmanın baş vermə vaxtı, onun effektliyi, davam etmə müddəti vurulan 
anestetikin kimyəvi quruluşundan, konsentrasiyasından, hidroliz prosesinin 
sürətindən, yerli toxumanın pH-dan və s. asılıdır. Anestetikin yeridildiyi nahiyədə 
iltihab olarsa, onda toxumada asidoz mühit inkişaf edir və keyləşdirici dərmanın 
hidrolozi çətinləşir. Bundan başqa iltihab olan yerdə prostoqlandinlərin, kininlərin, 
adenozin nukleotidlərin miqdarı çoxalır və onların təsirindən damar keçiriciliyinin 
anestetikin sorulmasına və onun konsentrasiyasının azalmasına səbəb olur və 
nəticədə keyləşdirmə səviyyəsi aşağı düşür.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin