mitozu əsasən bazal və tikanabənzər qatda müşahidə olunur. Ağız boşluğu epitelinin
təzələnmə sürəti haqqında tam təəssüratı mitoz indeksi yaradır: bu hər 1000
hüceyrəyə düşən mitozun miqdarı deməkdir. Ağız boşluğu epitelində mitoz indeksi
təqribən 2,1- 2,2 –dir. Bu inderks insan yaşa dolduqca tədricən artır. Histokimyəvi
tədqiqatlar
göstərmişdir ki, ağız boşluğu selikli qişanın buynuzlaşmayan epitelisi bir
sıra xüsusiyyətlərə malikdir. Birincisi, bu hüceyrələr qlikogen sintez edir və saxlaya
bilir.Qlikogen dənələri əsasən tikanlı qat hüceyrələrinin sitoplazmalarında yerləşir.
Bununla birlikdə, ağız boşluğunun epiteli fermentlərinin oksidləşmə aktivliyi, dərinin
çoxqatlı epitel fermentlərinin aktivliyindən yüksəkdir. Ağız boşluğu epitelinin
ultramikroskopik tədqiqatı göstərmişdir ki, bu hüceyrələrdə lövhəli
kompleks,
sitoplazmatik şəbəkə və mitoxondrilər yaxşı inkişaf etmişlər. Səthə yaxınlaşdıqca bu
orqanellərin miqdarı azalır, lap səthi hüceyrələrdə isə onlar heç olmurlar. Qlikogenə
reaksiya verən epitel hüceyrələrində, adətən, aqranulyar
sitoplazmatik şəbəkə
müşahidə edilir. Ağız boşluğunun epitel hüceyrələri, adətən, desmosomlar vasitəsilə
əlaqələnir. Epitelin hüceyrələrarası sahələri aşağı elektron sıxlıqlı maddə ilə dolur.
Onun miqdarı səthə yaxınlaşdıqca azalır.
Ağız boşluğu epitelinin quruluşu epiteli üstünün buynuzlaşmasından asılı
olaraq
dəyişir. Son illərin tədqiqatları göstərmişdir ki, insanda sərt damaq, diş əti
və hətta dilin-sapabənzər məməcikləri qismən buynuzlaşmaya məruz qalır. Qalan
yerlərdə isə ağız boşluğunun selikli qişası çoxqatlı buynuzlaşmayan epitellə
örtülüdür.
Ağız boşluğu selikli qişasının xüsusi qatı (lövhəsi) [tunica mucosa proprid].
Hüceyrəarası maddə, lifli struktur və hüceyrə elementlərindən təşkil
olunmuş
birləşdirici toxumadan ibarətdir.
Birləşdirici toxumanın hüceyrəarası maddəsinin əsasını turş mukopolisaxaridlər təşkil
edir.
Lifli strukturun əsasını yerindən asılı olaraq, kollagen və argirofil liflər təşkil edirlər.
Xüsusi selikli qişanın hüceyrə elementləri fibroblastlar, tosqun, plazmatik hüceyrələr,
seqment nüvəli leykositlərdən ibarətdir. Xüsusi selikli
qişa tədricən kəskin sərhəd
olmadan selikaltı qata keçir.
Selikaltı qat
(tunica submucosa). Kövşək birləşdirici toxumadan təşkil olunmuşdur.
Bu qatın mövcudluğu selikli qişanın hərəkətli olmasına şərait yaradır. Bu qat qan və
limfa damarları ilə boldur. Çoxsaylı kiçik selik vəziləri vardır.
Diş əti
(gingiva). Diş əti ağız selikli qişasının bir hissəsi olub, çənənin alveolyar
çıxıntılarını örtür və dairəvi bağ vasitəsilə dişlərə sıxılır. Anatomik olaraq diş əti üç
nahiyəyə bölünür: marginal, alveolyar və papilyar.
Hərəkətli selikli qişa ilə hərəkətsiz selikli qişanın sərhəddi keçid pərdəsi adlanır.
Diş ətinin epitel lövhəsində buynuz qat yaxşı inkişaf etmişdir. Diş ətinin dəhliz və
xüsusi ağız hissələrində buynuzlaşma dərəcəsi müxtəlifdir. Adətən, dəhliz hissədə
buynuzlaşma güclüdür. Diş ətinin xüsusi lövhəsi sıx
yerləşmiş kollagen lif
dəstələrindən ibarət lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Diş ətində adətən
selikaltı qat olmur.
Dil (lingua). Dil – xüsusi ağız boşluğunda yerləşən, zəngin qan və limfa damarlarına,
sinir uclarına malik olan selikli qişa ilə örtülmüş, eninəzolaqlı əzələvi orqandır. Dil
tələffüzdə, dişləmədə, çeynəmədə, udmada, dadbilmədə və sümürmədə iştirak edir.
Dilin zirvəsi (ucu), əsası, kökü, yuxarı, aşağı səthləri və yan nahiyələri vardır. Dilin
selikli qişası çoxqatlı yastı epitel ilə örtülüdür. Selikli qişanın quruluşu dilin üst və alt
hissələrində müxtəlifdir. Üst səthdə, dilin arxasında selikli qişada çıxıntılar əmələ
gəlir ki, bunlara
«məməciklər» deyilir.
Dostları ilə paylaş: