zamanı ləkənin səciyyəvi xüsusiyyətləri: minanın xarici qatı hamar və parıltılı olur,
forması, ölçüsü və rəngi dəyişmir. Ləkələr, adətən, vestibülyar səthin üzərində
yerləşir. Başqa dişlərə nisbətən kəsici dişlər bu xəstəliyə daha çox tutulur.
Minanın natamam inkişafı müxtəlif formada təzahür edə bilər. daha çox təsadüf
edilən natamam inkişaf forması minada əmələ gəlmiş nöqtəvi çuxurlardır. Bu
çuxurlar müxtəlif diş qruplarının vestibülyar və dil səthlərində müxtəlif səviyyələrdə
yerləşir. Çuxurlar piqmentləşə bilir, lakin bütün hallarda minanın bütövlüyü
pozulmur və o, sıx, parıltılı qalır. Natamam inkişaf hallarında bəzən hipoplaziya kəsici
kənara nisbətən üfüqi yerləşmiş səth üzərində bir və ya bir neçə şırım əmələ gətirir;
bunlar eyni adlı dişlərin üzərində eyni səviyyədə yerləşir. Şırımları dərin olan diş tacı
bütün çevrəsi boyu bir qədər kiçilir. Bir qayda olaraq, şırımlarda mina mühafizə
olunur, sıx qalır. Uzun müddət davam edən xəstəliklər zamanı minanın üzərində ona
pilləli görünüş verən çoxlu şırım əmələ gələ bilər.
Hipoplaziyanın çox nadir təsadüf edilən forması tacın müəyyən sahəsində minanın
heç olmamasıdır (aplaziya). Bu sahə bəzən tacın bir hissəsini tuta bilər, bəzən isə
minanın olmadığı yerdə üfüqi şırım görkəmində olur.
Daimi dişlərin sistem hipoplaziyası uşağın keçirdiyi xəstəliklər nəticəsində yarnır.
Kliniki əlamətlərinə görə irsi patologiyalarla oxşardır.
Dostları ilə paylaş: