Flüorun miqdarı az artdıqda yalnız kəsici dişlər, çox artdıqda isə bütün dişlər
zədələnir. İçməli su mənbəyində flüorun yol verilən qatılığı Dövlət standartına görə
bir litrdə 1,5 mq olmalıdır. Qeyd etmək lazımdır ki, həmin miqdar flüor olduqda da
dişlər bəzən flüoroz xəstəliyinə tutulur. V.K.Patrikeyev göstərir ki, bir litr suda 1,0-1,5
mq flüor olduqda endemik rayonun əhalisinin 30% - nin, 1,502,0 mq olduqda 30-40%
- nin 2,0-3,0 mq olduqda isə 80-90% - nin dişləri flüorozla xəstələnir. Qeyd etmək
lazımdır ki, isti iqlim yaronlarında içməli suyun hər litrində 0,5-0,7 mq flüor olduqda
da flüorozhalları baş verə bilər. Bu əhalinin çox su içməsi ilə əlaqədardır.
Klinik müşahidələrlə müəyyənləşdirilmişdir ki, suyun hər litrində flüorun 1 mq
olduqda flüoroza az (və ya yüngül formada) təsadüf edilir və kariyesin qarşısı xeyli
alınır.
Flüorozun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı formaları vardır: ştrixli, ləkəli,
tabaşirəbənzər-çilli, eroziv və destruktiv. Zolaqların birləşməsi
ləkənin əmələ
gəlməsinə səbəb olur (ləkədə zolaqlar yenə də gözə çarpır). Ştrixli forma üst çənənin
dişlərinin vestibülyar səthində tez-tez, alt çənə dişlərində az-az müşahidə olunur.
Ləkəli forma yaxşı görünən tabaşirəbənzər ləkələrin olması, ləkələrdə zolaqların
olmaması ilə səciyyəndirilir. Tabaşirəbənzər ləkələr çox olur, dişlərin səthində
yerləşir. Minanın tabaşirəbənzər dəyişilmiş sahəsi tədricən normal minaya keçir.
Minanın ləkəli
zədəsi bir çox dişlərdə, xüsusi ilə üst və alt çənənin kəsici dişlərindən
aydın görünür. Bəzən zədələnmiş sahənin rənginin dəyişdiyi (ləkə açıq qəhvəyi rəng
alır) müşahidə olunur. Dişlərin flüorozunun bu formasında ləkə nahiyəsində mina
hamar, parıltılı olur.
Tabaşirəbənzər-çilli formalı flüorozçox müxtəlifliyi ilə xarakterizə olunur. Adətən,
bütün səthlərin minası donuq çallarlı olur və piqmentləşmiş ləkələr bu fonda aydın
görünür. Bəzən mina sarımtıl rəngdə, üzərində isə çoxlu ləkə (nöqtə) olur. Bəzi
hallarda minada nöqtələrin əvəzinə səthi zədələr olur (1,0-1,5 mm diametrdə və
01,02 mm dərinlikdə) və mina itir.
Tabaşirəbənzər-çilli formada mina sürətlə yeyilir və piqmentləşmiş tutqun – qəhvəyi
rəngli dentin görünür.
Flüorozun xarakterik klinik formasıtabaşirəbənzər-çilli formasıdır. Dişlərin rənginin
dəyişilməsi xarakterik şikayət sayılır. Hipoplaziya və karieslə differensiasiya edilir.
Vital rəngləmə metodundan istifadə etməklə differensiasiya aparılır.
Flüorozun eroziv formasının səciyyəvi cəhəti minanın xeyli piqmentləşməsi fonunda
onun xeyli
sahədə itməsi, müxtəlif formalı qüsurların- eroziyaların olmasıdır. Eroziv
forma zamanı mina və dentin yeyilir.
Flüorozundestruktivformasının sərt toxumaların eroziyadan dağılması və yeyilməsi
hesabına diş tacları formasının pozulması ilə xarakterizə edilir. Destruktiv
forma
içməli suyun hər bir litrində 5 mq-dan artıq flüor olan rayonlarda müşahidə edilir.
Destruktiv forma zamanı diş toxumaları kövrəkləşir, çox vaxt qopub düşür.
Dostları ilə paylaş: