dişlərin kəsici kənarları itməyə başlayır. Çox vaxt diş tacları qısalır. Bu, bir qayda
olaraq, hər hansı klinik təzahürlə müşayiət olunmur və ağrı vermir. Çünki, toxumanın
azalması prosesi yavaş-yavaş gedir və dentində, pulpanı xarici qıcıqlandırıcılardan
izolə edən əvəzedici dentin çökür.
Fizioloji sürtülmə ilə yanaşı patoloji sürtülmə də olur: bu vaxt bir dişdə, bir qrup
dişlərdə və ya bütün dişlərdə sərt toxumalar intensiv sürətdə sürtülməyə başlayır.
Beleə dəyişikliklərə dişlərin vəziyyəti, bir qrup dişlərin yoxluğu nəticəsində düşən
yükün artması, protezlərin düzgün qoyulmaması, məişət və peşə təsirləri, habelə
natamam toxuma strukturlarının formalaşması səbəb olur.
Düz dişləm zamanı kəsici dişlərin sürtülməsi üçün əlverişli şərait yaranır. Yaşın
artması ilə azı dişlərin çeynəmə səthindəki qabarlar yeyildikcə, kəsici dişlər intensiv
sürtülür. Kəsici dişlərin tacları qısalmağa başlayır və 35-40 yaşda 1/3-1/2 qədər
qısalır: kəsici dişlərin üzərində kəsici kənarın əvəzinə nisbətən böyük meydançalar
əmələ gəlir və mərkəzlərində dentin görünür.
Dostları ilə paylaş: