Dişlərin kariyesinin (caries dintis) hərfi mənası sümüyün yeyilməsi, çürüməsi
deməkdir. Bu termin sümük toxumasının patologiyasında onun dağılması mınasında
işlədilir.
Kariyes dedikdə dişlər çıxdıqdan sonra təzahür edən patoloji proses başa düşülür. Bu
vaxt dişin sərt toxumaları deminerallaşır və boşluq halında qüsur əmələ gəlir.
Dişlərin kariyesi çox qədim xəstəlikdir. Ədəbiyyatda eramızdan 3000-2500 il əvvəl
kariyes xəstəliyinə aid məlumatlara təsadüf edilir. Hazırda bir sıra ölkələrdə kariyesin
yayılması 95-100% - ə çatır. İ.Q.Lukomskinin fikrincə kariyesin xeyli çoxalması, son
yüzillikdə xarici mühitin, məişət şəraitinin və qidalanmanın xarakterinin dəyişilməsi
ilə əlaqədardır.