Etiotrop müalicə dedikdə xəstəliyin yaranmasına, inkişafına və residivləşən səbəb
ola biləcək faktorların aradan qaldırılması başa düşülür. Kariyes xəstəliyinin
yaranması bir çox faktorlar iştirak etdiyindən, onun patogenezində iştirak edən
bütün faktorları nəzarətdə saxlamaq mümkün deyildir. Bu mənada tibbin imkanları
daxilində olan bir sıra faktorlara təsir etməklə kariyesin baş verməməsi
istiqamətində müəyyən nəticələr almaq mümkündür.
Simptomatik müalicə - kariyesi yaradan səbəblərin aradan qaldırılması deyil,
mövcud kariyes boşluğunun plomblanma yolu ilə aradan qaldırılması başa düşülür.
Bu, həm də kariyesin yerli müalicəsi kimi başa düşülür. Kliniki olaraq əksər hallarda
kariyesin simptomatik müalicəsi daha üstünlük təşkil edir. Bu müalicənin nəticəsi
yerindəcə görünür və xəstənin şikayəti aradan götürülür. Bu müalicə növü də
təklikdə deyil, digər müalicə üsulları ilə, o cümlədən profilaktik tədbirlər, gigiyenik
maarifləndirmə, yanaşı gedən xəstəliklərin müalicəsi kimi tədbirlərlə
uzaqlaşdırıldıqda daha etibarlı nəticələr alınır.
Bir sözlə, kariyesin müalicəsi yalnız bir müalicə üsulu ilə deyil, kompleks şəkildə
aparılmalıdır.
▪ Kariyesin profilaktika və müalicə tədbirlərini həyata keçirərkən daha rasional
nəticələr almaq üçün plan edilərkən, kariyesin əmələ gəlməsi və inkişafına meyl
yaradan bir sıra faktorların öyrənilməsi və nəzərə alınması vacib hesab edilir. Həm də
bu faktorlar çox fərdi olub, müalicə və profilaktikanın taktikasını təyin edirlər:
➢ Ekoloji faktorlar (orqanizmə daxil olan flüorun və digər mikroelementlərin
miqdarı; radiasiya ilə çirklənmiş zonalarda yaşamaq və ya işləmək, qənnadı istehsalı
sahələrində və kimyəvi zavodlarda işləmək);
➢ Yanaşı gedən xəstəliklər (ağız suyu ifrazının xarakterinə və mikrofloraya təsir
göstərən xəstəliklər);
➢ Ağız boşluğunun quruluş xüsusiyyətləri və fiziologiyası (ağız suyunun kəmiyyət və
keyfiyyəti, mina kristallarının quruluşu);
➢ Ağız boşluğuna qulluq vərdişi;
• Genetik faktorları;
• Gidalanma xüsusiyyəti;
➢ Sağlamlığın, o cümlədən də ağız boşluğunun sağlamlığının mühafizə edilməsinə
aid həyata keçirilmiş işlərin hansı dərəcədə olması və onun informasiyalılığı