Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


PULPANIN İLTİHABI-PULPİT (PULPİTİS)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə68/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   64   65   66   67   68   69   70   71   ...   162
Elektron diw

 
PULPANIN İLTİHABI-PULPİT (PULPİTİS)  
 
Etiologiya. Pulpanın iltihabı bir çox amillərin təsiri nəticəsində yaranır. Çox vaxt 
iltihaba pulpaya daxil olmuş mikroorqanizmlər və onların həyat fəaliyyəti məhsulları 
səbəb olur. Mikroorqanizmlərin daxil olduğu adi yol karioz boşluqlardır, ona görə də 
pulpanın iltihabı kariyesin ağırlaşması hesab edilir.  
Mikroorqanizmlər pulpaya zirvə dəliyindən də keçə bilir.belə halda kökün zirvəsinə 
qədər gedən patoloji diş əti cibinin olması vacib şərtdir. (buna “qalxan pulpit” də 
deyirlər).  


Mikroorqanizmlər pulpaya qan cərəyanı ilə düşməsi (“hematogen pulpit”) 
ədəbiyyatda təsvir edilmiş və eksperiment yolu ilə təstiq olunmuşdur. Lakin klinikada 
belə hadisəyə son dərəcə nadir hallarda təsadüf edilir.  
Pulpada aşkara çıxarılmış müxtəlif mikroorqanizmlər içərisində streptokokklara və 
laktobakteriyalara tez-tez, stafilokokklara təsadüf olunur.  
İltihaba mikroorqanizmlərdən və onların zəhərlərindən başqa aşağıdakılar da səbəb 
ola bilər:  
1. Tacın bir hissəsi və ya kök sınarkən, habelə karioz boşluğu işləyən zaman diş 
boşluğunu açarkən və ya dişə qapaq qoymaq üçün preparasiya edərkən pulpanın 
zədələnməsi.  
2. Kimyəvi qıcıqlandırıcıların təsiri – dərin kariyesin müalicəsi zamanı boşluğun dibinə 
güclü təsir göstərən araqatın qoyulması; evikrol tipli kompozit (mürəkkəb tərkibli) 
plomb materialı ilə plomb qoymaq üçün dişin üzərinin qeyri-üzvi turşularla 
işlənməsi. Lakin pulpanln iltihabı və nekrozu daha tez-tez orta və dəri kariyes 
boşluğunu silikat-sementlə  
 
plombladıqda (araqat qoymadan)başlayır.V.S.İvanovun məlumatına görə göstərilən 
materialdan istifadə edilməklə müalicə olunmuş dişlərin 25% - də bir il sonra pulpa 
nekrozlaşır.  
3. Dentikllər daim böyümə nəticəsində pulpanın sinir tellərini sıxaraq bərk ağrıya 
səbəb olur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin