Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə84/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   80   81   82   83   84   85   86   87   ...   162
Elektron diw

Xroniki  mexaniki  travma  bir  o  qədər  subyektiv  şikayətlər  əmələ  gətirmir.  Bu 
zədələnmələrə dişlərin iti kənarları, düzgün hazırlanmayan ortopedik konstruksiyalar, 
diş daçları, keyfiyyətsiz plomblar və digər cüzi qıcıqlandırıcılar səbəb olur.  
Xroniki  travmanın  kliniki  gedişatı  zədələnmənin  lokalizasiyasından  orqanizmin 
vəziyyətindən,  qıcıqlandırıcı  faktorun  gücündən  və  ikincili  infeksiyalaşmasından 
asılıdır. Belə zədələnmələr əsasən yaşlı insanlarda selikli qişanın özünü müdafiəsinin 
zəifləməsindən asılıdır. Xəstəni bu vəziyyət o qədər də narahat etmir və baxış zamanı 
təsadüfən  aşkarlanır.  Prosesə  ikincili  infeksiya  qoşulanda,  qida  qəbulu  zamanı  və 
danışdıqda  ağrı  müşahidə  olunur.  Obyektiv  müayinədə  ağızdakı  mənzərə  kəskin 
travmaya bənzəyir, lakin bəzi fərqli xüsusiyyətləri vardır. Ödem fonunda papillomatoz 
törəmələri  və  hiperkeratoz  nahiyələri  təzahür  edir.  Belə  mənzərə  çox  vaxt  çıxan 
protezin  kənarı  nahiyəsində  və  selikli  qişanın  sərhədində  olur.  Xroniki  travmaların 
selikli qişada müalicəsinin müsbət nəticəsi o zaman olur ki, əsas qıcıqlandırıcı amil tam 
ləğv olunur. Eyni zamanda müalicə prinsipi kəskin travmadakı kimidir.  
Əmələ gələn hiperkeratoz sahə və papillomatoz törəmələr qıcıqlandırıcının ləğvindən 
sonra da keçmirsə, həkim daha aktiv müalicə taktikasından istifadə etməlidir. Həmin 


nahiyələr cərrahiyyə üsulu ilə kəsilməli və histoloji müayinəyə göndərməlidir. Histoloji 
müayinədə  xərçəngönü  və  xərçəng  təsdiq  olunmayıbsa,  kriodekstruksiya  və  ya 
diatermokoaqulyasiya təyin edilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin