Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə89/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   85   86   87   88   89   90   91   92   ...   162
Elektron diw

Leykoplakiya 
 
Selikli  qişanın  xroniki  xəstəliyidir,  yüksək  dərəcədə  buynuzlaşma  prosesi  və  eyni 
zamanda xüsusi selikli qişanın iltihabı ilə xarakterizə olunur. epitelin buynuzlaşması 
selikli  qişanın  müdafiə  reaksiyası  kimi  əmələ  gəlir.  Bu  xəstəliyin  əsas  lokalizasiyası 
dodağın  qırmızı  haşiyəsi  və  ağızın  selikli  qişasıdır.  Nadir  hallarda  qida  borusu  və 
tənəffüs  orqanlarının  selikli  qişasıda  zədələnir.  Əksər  hallarda  50  yaşından  yuxarı 
kişilər bu xəstəliyə tutulur.  Buna səbəb ilk növbədə siqaretin çəkilməsidir ki, bu da 
xəstəliyin  etiologiyasında  qıcıqlandırıcı  faktor  kimi  göstərilir.  Bundan  başqa,  qanda 
testesteronun səviyyəsindən asılı olaraq da yarana bilər.  
Endogen  faktorlar  arasında  orqanların  sistem  zədələnməsi  (mədə-bağırsaq,  şəkərli 
diabet,  hipovitaminozlaşma,  endokrin  dəyişikliklər  və  s.)  xroniki  xəstəlik  kimi 
leykoplakiya ilə birgə rast gəlinir.  


Ümumi xəstəliklər leykoplakiyanın inkişafına şərait yaradır. Ən əsas yerli səbəblərdən 
–siqaretin  çəkilməsidir.  Digər  yerli  qıcıqlandırıcılardan  leykoplakiyanın  əmələ 
gəlməsində  isti  və  istiotlu  qidanın,  spirtli  içkilərin  qəbulunu,  xroniki  travmanı, 
halvanoz və meteoroloji faktorları (soyuq, külək, günəş şüalarını) göstərmək olar.  
Leykoplakiyanın yaranmasına professional amillər də təsir göstərir: müxtəlif kimyəvi 
laklar, fenol, formaldehid, benzin, benzol və s.  
Siqaretin  çəkilməsi  ilə  bərabər  professional  zərərlərin  olması  xəstəlik  üçün  çox 
təhlükəlidir.  
A.L.Maşkileyson (1970) leykoplakiyanı 4 formaya ayırır:  
1.  siqaret  çəkənlərin  leykoplakiyası,  yaxud  –Tappeyner  leykoplakiyası;  2.  Yastı 
leykoplakiya; 3. Verrukoz leykoplakiya; 4. Eroziv-xoralı leykoplakiya.  
Leykoplakiyanın kliniki xüsusiyyəti patoloji prosesin lokalaziyası ilə təyin olunur. Aşağı 
dodağın qırmızı haşiyəsinin ətrafı. Dəri istisna olmaqla, yanağın selikli qişası, yuxarı və 
aşağı diş qövsünün təmas xətti, əksər halda ağız boşluğunun ön nahiyəsi zədələnir.  
Leykoplakiyanın sadə formasında yanağın epiteli bulanıq boz rəngdə. Üçbucaq şəkilli 
və bucağı molyar dişlər istiqamətinə yönəlir.  
Siqaret çəkənlərin Tappeyner leykoplakiyasında sərt damaqda, dilin üzərində selikli 
qişanın  buynuzlaşması  görünür.  Bu  şəxslər  siqaretdən  imtina  edərsə,  çox  tez  bir 
müddətdə proses dayanır və sağalma baş verir.  
Yastı leykoplakiya tez-tez rast gəlinən formalardan biridir. Xəstələrdə heç bir subyektiv 
hissiyatlar olmur. Bəzi hallarda cüzi yanğı hissi və selikli qişada dartılma hissi yaranır. 
Əsas morfoloji element- ləkədir, onun hüdudları dəqiq təyin olunur. Üzərində ağ-boz 
rəngində  örtük  əmələ  gəlir,  alətlə  qaşıyanda  qopmur.  Belə  ləkələr  əsasən  metal, 
plastik plomblar və metallik protezlərin yanında təzahür edir. Yastı leykoplakiya uzun 
müddət davam edir (bir neçə ildən on ilə qədər və daha çox). Bu forma bəzi hallarda 
xərçəngə travnsformasiya edə bilər.  
Verrukoz  leykoplakiya  yastı  formadan  əmələ  gəlir.  Bu  formaya  keçmə,  yerli 
qıcıqlandırıcı amillərin təsiri ilə uzun müddət davam edərsə, təzahür edir.  
Kliniki  ağ  yastıcıqlar  sıx  konsistensiyalı,  selikli  qişanın  üzərindən  qabarmış  olur.  Bu 
yastıcıqların üzəri kələ-kötür, kobud və qırışlı görünür. Xəstələr danışıq zamanı, qida 
qəbulunda və çeynəmədə narahatlıq hissi keçirir. Bəzən ABSQ-da yanğı, gərilmə və 
quruluq hissi də yaranır. Verrukoz forma əksər hallarda dilin üzərində lokallaşır.  
Ziyilli forma yastı formadan sonra inkişaf edir və bədxassəli şişlərə çevrilə bilər. Bu 
formanın əksər rast gəlinən yeri yanaqların selikli qişası, ağızın bucaqları, dişlərin bir-
biri ilə təmas xəttidir.  
Hiperkeratozun və leykoplakiya ocaqlarının sərtliyi, maliqnizasiya prosesinin başlanğıc 
kliniki simptomları kimi dəyərləndirilir.  
Eroziv-xoralı forma, sadə və verrukoz leykoplakiyanın fəsadıdır.  
Leykoplakiya nahiyələrinin fonunda çoxsaylı, ya da tək eroziyalar, çatlar əmələ gəlir. 
Həmin  nahiyələrdə  iltihabi  reaksiya  görünür.  Eroziyaların  əsasının  sərtlənməsi, 
məməciklərin çoxalması və qanaması-maliqnizasiyanın bir əlamətidir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin