Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə9/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   5   6   7   8   9   10   11   12   ...   162
Elektron diw

Hissiyat funksiyası. Ağız boşluğunun selikli qişasının hiss etmə qabiliyyəti  digər 
selikli qişalar və dəridən fərqlənir. Ağızın selikli qişasında dadbilmə, ağrı, taktil, 
soyuq, isti reseptorları mövcuddur. Dadbilmə reseptorları əsasən dil məməciklərində 
yerləşirlər. Ağrı hissiyatı damaq qövslərində, yumşaq damaqda və ağız dəhlizində 
digər zonalara nisbətən yaxşıdır. Ağız boşluğunun qalan hissələrində isə zəif inkişaf 
etmişdir. Taktil hiss etmə qabiliyyəti dodağın qırmızı haşiyəsində və dilin ucunda 
(zirvəsində) daha güclüdür. Dəriyə nisbətən selikli qişanın temperatura reaksiyası 
daha həssasdır. İsti temperatura baxmış soyuğa qarşı hissiyat daha yaxşı inkişaf 
etmişdir. Ağızın selikli qişasında yerləşən müxtəlif təyinatlı reseptorlar mərkəzə - 
beyin yarımkürəsinə gedən afferent yolların başlanğıclarıdırlar. Ağız boşluğu selikli 
qişası refleksogen zonadır. Ona edilən hər hansı qıcıq mədə vəzilərinin (sekretor) və 
əzələlərin (motor) işinə təsir göstərir. Hətta sübut olunmuşdur ki, nəinki həzm 
sistemində, hətta ürək-damar və digər sistemlərin fəaliyyətində də dəyişikliklər 
yaradır. Daimi dəyişən xarici mühit amillərinin təsiri altında gedən və mərkəzi sinir 
sisteminin köməkliyi ilə nizamlanan funksional reseptorların mobilləşdirilməsi və 
ləngidilməsi (dayandırılması) prosesinə P.Q.Snyakin (1961) funksional mobillik adı 
vermişdir. Funksional mobillik ağızın selikli qişasının bir sıra xəstəliklərində, xüsusilə 
dilin xəstəliklərində, xüsusilə dilin xəstəliklərində (deskvamativ qlossit və qlossalgiya) 
və habelə həzm sisteminin digər xəstəliklərində (qastrit, xora, mədə xərçəngi və s.) 
dəyişilə bilər. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin