Leykoplakiyanın müalicəsi. Yastı leykoplakiyanın müalicəsi əsas qıcıqlandırıcı
amillərin ləğv edilməsi, ağız boşluğunda sanasiyanın aparılmasıdır. Yerli terapiya -
3,44-%-li retinol asetat, 30%-li tokoferol məhlulunun applikasiya şəklində zədə
ocağına qoyulması hiperkeratozun azalmasına yönəlir. Ümumi müalicə zamanı retinol
asetatı daxilə 6-8 damcı qəndin üzərində gündə 2 dəfə bir ay müddətində, 30%-li B –
tokoferol 3-5 damcı gündə 3 dəfə, piridoksalfosfat 0,02%-li gündə 3 dəfə yeməkdən
sonra təyin olunur. Xəstə pəhriz saxlamalı, qıcıqlandırıcı maddələr qəbul etməməlidir.
Endokrinoloqun və qastroenteroloqun məsləhəti məqsədəuyğundur.
Verrukoz formada ağız boşluğunun sanasiyası, gigiyenaya riayət olunması,
halvanizmin aradan götürülməsi, bəzi hallarda kriodestruksiya məsləhətdir.
Eroziv formada – siqaret çəkmənin ləğvi, ağrıkəsicilər: trimekain, piromekain,
antiseptiklər: 0,05%-li xlorheksidin məhlulu, 0,5-11%-li xloramin məhlulu məhlulu,
2%-li hidrogen peroksid, stimuləedici terapiya, solkoseril (jele), epitelləşdirici
maddələr, retinol asetat, karotolin, itburnu yağı, çaytikanı yağı və kriodestruksiya
təyin edilir.
Tappeyner leykoplakiyasında siqaretin qıcıqlandırıcı təsirinin istisnası, iltihabəleyhinə,
antiseptiklər, keratoplastik preparatlar istifadə olunur. Tappeyner leykoplakiyasının
xüsusiyyəti odur ki, siqaretin çəkilməsi ləğv olunandan sonra bütün simptomlar yox
olur və selikli qişa özünün anadangəlmə mənzərəsini alır.
Siqaretin çəkilməsinin əsas mənfi təsiri- nikotinin və temperaturun yüksəlməsinin
təsiri ilə izah olunmur. Əmələ gələn tüstüdə böyük miqdarda kükürd, piridin əsaslar,
fenol, qətranlar və zərərli maddələr olur ki, bunlar da selikli qişaya çox mənfi təsir
göstərir.
Leykoplakiyanın konservativ müalicəsi effekt vermədikdə cərrahi metoddan istifadə
edilir.
Dostları ilə paylaş: |