çətinləşməsi təyin olunur. dilin rəngi alqırmızı olur, sapvari məməciklər hamarlaşır.
Diferensial diaqnoz dərman allergiyası ilə aparılır.
Xroniki atrofik kandidoz. Xəstələrin şikayəti: göynəmə, yanğı, quruluq, qida
qəbulunun çeynəməsinin ağrılı olmasıdır. Dilin müayinəsində durğun hiperemiya ağız
boşluğunun selikli qişasında ödem, dilin sapvari məməciklərinin atrofiyası, eyni
zamanda deskvamasiya nahiyələri görünür. Tüpürcək qatılaşır, köpüklənir və çox az
miqdarda ifraz olunur. dodaq bucaqlarında eroziyalar təzahür edir. Ərp bir o qədər də
olmur, ancaq selikli qişanın və dilin dərin büküşlərində rast gəlinir.
Dostları ilə paylaş: