Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə104/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   100   101   102   103   104   105   106   107   ...   162
Elektron diw

«Qara  tüklü»  dil-  sapvari  məməciklərin  böyüməsi  və  buynuzlaşması  ilə  xarakterizə 
olunan, iltihabi olmayan patologiyadır. Bu xəstəliyin 2 forması var: həqiqi və yalançı. 
Həqiqi  forma  sapvari  məməciklərin  böyüməsi  və  piqmentatisiyası  ilə  xarakterizə 


olunur.  Yalançı  forma  dilin  üzərində  sapvari  məməciklərin  tünd  rəngə  boyanmış 
hiperplaziyasıdır. Xəstələr qusma refleksindən şikayətlənir.  
«Tüklü dilin» əmələ gəlməsində 3 əsas faktor iştirak edir: 
 
1. Trofiki (dilin epitelinin mübadilənin pozulması)  
2.  Fiziki-kimyəvi  (spirtli  içkilər,  tütün,  dərman  preparatları,  ağız  suyu  turşuluğunun 
dəyişməsi);  
3. Mikrob (infeksiya).  
 
«Rombabənzər  dil»  (rombvari  qlossit)  –  C.F.Vursterə  görə  embriogenezin,  yəni 
disembriogenetik pozğunluğun nəticəsidir. Bəzi alimlər xəstəliyin qazanılma xarakterli 
olmasını vurğalayırlar. Etiologiya və patogenezdə Candida albicans səbəbkar ola bilər. 
Q.P.Uysocki (1987)  rombabənzər  qlossiti yuvenil şəkərli  diabetlə  əlaqələndirir.  Ağız 
suyunun dəyişməsində (turş mühit) sapvari məməciklərin ocaqlı atrofiyası əmələ gəlir. 
P.R.Cohen, M.E.Qrossman (1993) rombvari, deskvamativ qlositlərin etiologiyasında, 
residivləşən herpesin rolunu qeyd edirlər.  
Diferensial  diaqnostikanı-  dilin  şişəbənzər  məməciklərinin  xəstəlikləri,  spesifik 
infeksion xəstəliklər və leykoplakiya ilə aparılır.  
Büküşlü (şırımlı) dil. Həm uşaqlarda, həmdə böyüklərdə rast gəlinir. Əksər hallaarda 
Melkersson-Rozental  sindromunun  bir  əlaməti  kimi  götürülür,  bəzən  coğrafi  dil  ilə 
birlikdə müşahidə  olunur.  Büküşlü dil  Daun xəstəliyinin  bir simptomudur.  Klinikada 
dilin  üzərində  orta  xətdə  və  yan  səthlərdə  büküşlər,  şırımlar,  büküşlərin  içində  -
məməciklər görünür. Bəzi hallarda makroqlossiya təzahür edir. Xəstəlik müalicə tələb 
etmir.  Lakin  ciddi  gigiyena  şərtlərinə  riayət  etmədikdə  büküşlərdə  qida  qalıqları  və 
mikroorqanizmlər dilin absesini yarada bilirlər.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin