Fərdi olaraq immunoloji testlərin nəzarəti altında immun preparatları (stafilokok
anatoksini, levamizol, T-aktivin, timolin və s.) təyin edilir.
Cərrahi müalicə - sekvestrektomiya kliniki, rentgenoloji şəkilin əsasında aparılır. Əgər
proses alveol çıxıntısında yerləşərsə sekvestrektomiya ağızdaxili aparılır: Əməliyyat
naqili və infiltrasion keyləşdirmə altında aparılır. Osteomielit ocağı çənənin aşağı
kənarında, bucaq nahiyəsində yerləşərsə sekvestrektomiya əməliyyatı ağızdankənar
aparılır.
Dostları ilə paylaş: