Həkimin kəlbətinləri əldə tutmaq üsulları. Kəlbətinin əldə tutmaq qaydası onunla
bağlıdır ki, bir əlin barmaqları ilə kəlbətinin dəstəyi elə tutulsun ki, onun yanaqcıqları
dişin üstünə qoyulanda bir-birinə yaxınlaşdırılsın ya uzaqlaşdırılsın. Bunun üçün bir
neçə qayda mövcuddur.
Baş barmaq bir tərəfdən dəstəyin üstünə qoyulur, qalan barmaqlar əks tərəfdən
dəstəyin üstünə yerləşirlər, onlardan ikinci və üçüncü barmaq kəlbətini xaricdən tutur,
dördüncü və beşinci barmaq dəstək arasında yerləşir. Kəlbətinin yanaqcığı dişəti altına
yeridildikdən sonra dəstək arasında barmaqlar çıxarılır və dəstəyi üstdən tuturlar.
Digər bir üsulda baş barmaq bir dəstəyi tutur, ikinci və üçüncü barmaqlar dəstək
arasında yerləşirlər, dördüncü və beşinci barmaqlar o biri dəstəyi üstdən tuturlar.
Dəstək arasında olan barmaqların hesabına yanaqcıqlar aralanır və kəlbətini dişin
üstünə qoyduqdan sonra ikinci və üçüncü barmaq dəstək arasından çıxarılır və
dəstəyin üstünə qoyulur