Antaqonist dişin zədələnməsi: Çıxarılan dişə qoyulmuş kəlbətinin sürüşməsi ya dişin
çəkilməsi zamanı böyük qüvvə ilə onu yuxarıya dartmaq nəticəsində baş verir.
antoqonist dişin zədələnmə növündən asılı olaraq yardım göstərilir, pulpa çıxarılıb
plomblanır, köynəklə qalan hissəni örtmək, dişi çəkmək və s. lazım gələ bilər.
Qonşu dişin çıxması ya sınması: Elevatorla dişi ya kökü çıxardan zaman dayaq üçün
ondan istifadə olunan vaxtı baş verir, bəzən kəlbətinin yanaqcıqları enli olarsa, qonşu
dişi də tuta bilər. Əgər qonşu diş natamam çıxmış olarsa, onu yerinə qoyub şina ilə
fiksə etmək tam çıxarsa onu replantasiya etmək lazımdır.