Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə133/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   129   130   131   132   133   134   135   136   ...   162
Elektron diw

Çənənin sınıqları 
Çənənin sınığı sülh dövründə bir çox səbəblərdən (məişət, idman, istehsalat, nəqliyyat 
qəzası  zamanı  alınan  travmalardan)  baş  verə  bilər.  Çənə  nalaoxşar  formadadır  və 
müxtəlif  yerlərdə müəyyən qalınlığa, böyük  əyriliyə malikdir. Çənənin sınığı  əyilmə, 
sıxılma  nəticəsində  baş  verə  bilər  və  sifət  skeleti  sümükləri  arasında  ən  çox  rast 
gəlinənidir.  
Çənə  sınıqları  yerləşdiyi  nahiyəyə  görə  (birtərəfli,  ikitərəfli),  sayına  görə  (bir,  iki, 
çoxsaylı) və xarakterinə görə (tam, qeyri-tam) yerini dəyişməmiş və yerini dəyişmiş, 
xətti, qəlpəli, açıq və qapalı olurlar.  
Vurulan zərbənin gücündən və istiqamətindən asılı olaraq, çənə hər bir hissəsində sına 
bilər.  Çənədə  sınıq  xətti  mərkəzi  dişlər  arasında,  mental  nahiyədə,  azı  dişlər 
nahiyəsində,  bucaq  nahiyəsində,  şaxədə,  oynaq  çıxıntısında  (əsasında,  boynunda, 
oynaq  başında),  tac  çıxıntısında  baş  verə  bilər.  Çənə  qövs  formada  olduğuna  görə 
zərbə vurulan zamanı bir sınıq bilavasitə o həmin qüvvə düşən yerdə, digər sınıq isə 
əks tərəfdə baş verə bilər.  
Çənə sınığı zamanı sınıq xətti dişlərin arasından keçirsə, onda açıq sınıq hesab edilir, 
belə ki, bu zaman dişəti zədələnir və sınıq xətti ağız boşluğu ilə əlaqədə olur. Çənə 
şaxəsində,  oynaq  çıxıntısında  sınıq  qapalı  hesab  edilir.  Sınıq  fraqmentləri  müxtəlif 


istiqamətlərdə  (daxilə,  xaricə,  yuxarı,  aşağı)  yerini  dəyişə  bilər.  Sümük  paylarının 
yerdəyişmə  mexanizmi  bir  sıra  faktorlardan  asılıdır:  vurulan  zərbənin  gücündən, 
sınmış  fraqmentlərə  birbaşa  əzələlərin  dartılma  təsirindən  və  fraqmentlərin  ağırlıq 
dərəcəsindən  və  s.  Sümük  paylarının  yerini  dəyişmədə  həlledici  rolu  əzələlərin 
dartılması oynayır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin