toxumaların differensiasiyasında sonlar iştirak etmirlər və toxuma üçün özgə tərkibli
qeyri-qarışıq tistopiya olur. Uşağın doğulduğu vaxta bu hüceyrələr öz embrional
xüsusiyyətlərini saxlamaqla tez böyüməsi üçün yüksək potensial imkanlara malikdir.
Ola bilər uzun müddət, hətta ömür boyu onlar gizli vəziyyətdə qalsınlar ya doğulan
vaxtdan və yaxud bir neçə ildən sonra tez bölünməyə başlasınlar.
Şişlərin və şişəbənzər törəmələrin kiçik yaşlarda (2-5 yaş) çox rast gəlinməsi prosesin
dizontogenetik təbiətli olduğunu sübüt edir. Şişlərin inkişaf etməsində yaşın böyük
rolu vardır, uşaqlarda müəyyən şişlərin 12-16 yaşda baş verməsi endokrin sistemin bu
dövrdə intensiv fəaliyyəti ilə bağlıdır.
Xoşxassəli şişlər uşaq yaşlarında çox tez böyüyürlər. Üzün hər hansı bir yerində
yerləşən kiçik hemangioma qısa müddət ərzində böyüyərək bir neçə nahiyəni
zədələyə bilər. Eynilə də çənədə yerləşən xoşxassəli törəmə az bir vaxtda sümüyü
dağıdıb ətrafa yayıla bilər. Bununla bağlı olaraq bu xəstəliyin müayinəsi, diaqnostik
tədbirlər tez aparılmalı və diaqnoz təstiq olunduqdan sonra təxirə salınmada cərrahi
əməliyyat aparılmalıdır. Əlbəttə, uşağın somatik vəziyyətini nəzərə almaq şərtilə.
Üz-çənə nahiyəsinin şişlərinin bu cür təsnifatı təklif edilir:
1. Üz və boyun nahiyəsinin yumşaq toxumalarının və ağız boşluğu orqanlarının şişləri.
2. Üz skleti sümüklərinin şişləri və şişəbənzər törəmələri.
Ağız suyu vəzilərinin şişləri.
Şışlərin baş verməsi haqqında fikirlər çoxdur və onların hər
biri müəyyən
faktorlar əsasında özünə bəhrə qazandırıblar. Qıcıqlandırcı nəzəriyyə (R.Virxov, 1863)
nöqteyi-nəzərcə uzun müddət xroniki (mexaniki, kimyəvi, termiki) qıcıqlanma
nəticəsində şişin yaranmasına əsaslanır.
Embrional nəzəriyyə (C.Conhheim, 1882) infeksion-virusgenetik nəzəriyyə. Hal-
hazırda yüzdən çox onkogen virus qeyd olunur. Həmin virus hüceyrəyə daxil olaraq
pataloji dəyişiklik törədir. Şişlərin əmələ gəlməsində bir çox kanserogen maddələrin
rolu böyükdür
və onlar konserogenlər kimyəvi, fiziki, bioloji xüsusiyyət daşıyırlar.
Dostları ilə paylaş: