Xoşxassəli şişlər bədxassəli şişlərdən fərqli olaraq yavaş böyüyürlər, ətrafdakı salam
toxumalardan tam dəqiq ayrılaraq, bəzən pərdə ilə əhatə olunurlar. Bu şişlərdən
bəziləri anadangəlmə olub ağrısız inkişaf edirlər, metastaz vermirlər.
Papilloma çoxqatlı hamarlı epiteldən inkişaf edən xoşxassəli şişdir. Törəmə çox rast
gəlinən epitelial şişlərdəndir. Papilomanın əmələ gəlməsinə onkogen virus səbəb olur,
şişə hər yaş dövründə rast gəlinir. Papiloma dəridə, ağız boşluğunun selikli qişasında,
dodaqlarda, yanaqda, sərt və yumşaq damaqda dildə yerləşir. Papilomanın kliniki şəkli
nazik ayaqcıq əsasında yumru formada təsvir olunur. Ölçüləri bir neçə millimetrdən 1-
2 sm qədər ola bilər. Palpasiyada ağrısız, sərt-elastik konsistensiyalıdır. Törəmə
tədricən böyüyür. Şiş uzun müddət ağız boşluğunda qalarsa bədxassəli hala keçə bilər.
Komputer tomoqrammada homogen sərt quruluşlu törəmə aşkar edilir. Papilomanın
müalicəsi cərrahi üsulldır. Şiş sağlam toxuma ərəfəsində iki görüşən aypara kəsiklə
götürülərək ətraf toxumalar qarşı-qarşıya tikilir.
Fibroma birləşdirici toxumadan inkişaf edən xoşxassəli şişdir. Törəməyə ağız boşluğu
orqanlarında, üz və boyun nahiyəsində rast gəlinir. Ən çox dodaqlarda, yanaqlarda,
sərt və mumşaq damaqda, dildə, diş ətində yerləşir. Şiş tədricən böyüyür. Adətən
xəstə şişin olmasından şikayətlənir, törəmənin yerləşməsindən asılı olaraq funksional
narahatlıq ola bilər, çeynəmə prosesində, tam çıxan protezin gəzdirilməsində çətinlik
yarada bilər.
Fibroma geniş əsaslı, yumuru formada ətraf toxumalardan bir az hündür yerləşir, onu
örtən selikli qişa rəngini dəyişmir, sərhədləri dəqiqdir, papasiya ağrısızdır.
Müalicə. Şişin sağlam toxuma ərəfəsində kəsib götürülməsindən ibarətdir. Törəmə
hərəkətli selikli qişada (yanaqda, dodaqda, dildə) yerləşirsə, onda iki görüşən aypara
kəsik aparılır. Şiş ətraf toxumadan ayrılır, hmostaz yaradılır, yara qat-qat tikilir. Əgər
şiş hərəkətsiz selikli qişada, dişətində, sərt damaqda yerləşərsə, kəsik törəmənin əsası
ətrafında sümük üstlüyü ilə aparılır, raspatorla ayrılır. Bu nahiyələrdə şiş çıxarılandan
sonra yaranın kənarları bir-birinə yaxınlaşır. Belə hallarda selikli-sümüküstlü dilim
biçilir və qarşılıqlı yerini dəyişməklə yara səthi örtülür. Digər halda yodoform tampon
altında yara ikincili sağalır.
Nevrinoma. (sinonim: nevrilemmoma, şvannoma) periferik sinir gövdəsinin
nevrolemma toxumasından baş verən xoşxassəli şişdir. Üz-çənə nahiyəsində
nevrinoma üz sinirindən, dilaltı sinirdən, boyun nahiyəsində azan sinirdən və simpatik
boyun kələfindən inkişaf edir. Şiş tədricən böyüyür, nevroloji simptom gözlənilmir,
bəzən ağrı, arabir sancma hissi baş verir. Şiş sərt konsistensiyalı, sığallı səthi, yumuru
formada müşahidə olunur. makroskopik olaraq yaxşı təzahür olunan kapsula ilə ifadə
olunan düyündən ibarətdir.
Differensial diaqnostika fibroma ilə, xroniki limfodenitlə aparılır.
Dostları ilə paylaş: