Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə148/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   144   145   146   147   148   149   150   151   ...   162
Elektron diw

Diffuz  lipomatoz.  Xəstəliyi  ilk  dəfə  Madelunq  yazmışdır  və  onun  adını  daşıyır. 
Madelunq xəstəliyi şişəbənzər törəmədir, boyunun ön, yan və arxa səthində çoxlu piy 
toxuması  ilə  xarakterizə  olunur.  Piy  toxuması  dairəvi  şəkildə  boyunu  əhatə  edərək 
böyüyür.  Piy  düyünləri  zəif  kapsulada  olduğuna  görə  törəmə  yayılmış  olur–dərialtı, 


əzələarası və s. xəstəlik ən çox orta yaşlı kişilərdə rast gəlir. Diffuz lipomatozun əmələ 
gəlməsində  endokrin  patologiya  zamanı  piy  mübadiləsinin  pozulması,  qara  ciyər 
serrozunda funksiya pozğunluğu səbəbkar hesab edilir.  
Müalicə.  Madelunq  xəstəliyinin  müalicəsi  imkan  dərəcəsində  törəmənin  radikal 
cərrahi  yolla  çıxarılmasıdır.  Əməliyyatı  planlaşdıran  zamanı  çalışmaq  lazımdır  ki, 
maksimum kosmetik və funksional effekt alınsın.  
Ateroma  (yunanca-sıyıq)  piy  vəzilərinin  retension  kistasıdır.  Törəmə  vəzin  çıxarıcı 
axacağının  tutlması  nəticəsində  baş  verir.  Buna  müxtəlif  səbəblərdən  dərinin 
travmatik zədələnməsi (sızanağın sıxılması, üzü qırxarkən və s.) şərait yaradır.  
Ateromanın divarı daxildən epitelilə, xaricdən birləşdirici toxuma ilə örtülüdür, kista 
boşluğunda  qatı  sıyığaoxşar  möhtəviyyat  olur.  Törəmə  müxtəlif  yaşlarda  gözlənilir, 
üzün  dərisində  hər  bir  nahiyədə  yerləşə  bilər.  Kista  tədricən  böyüyür,  xəstələr 
kosmetik defektə görə müraciət edirlər.  
Obyektiv  müayinədə  özünü  məhdud,  yumru  düyün  formasında  təsvir  edir, 
palpasiyada  sərt  elastik  konsistensiyada  olur,  ağrısızdır.  Törəmə  epidermis  alında 
yerləşir, dəri il birləşmiş olur. Ateroma ola bilər irinləsin, belə halda o nahiyədə ağrılar 
baş verir, dəri qızartılı olur, infiltrat mərkəzində flyuktuasiya əmələ gəlir, absesə oxşar 
şəkil  alınır.Ateromanın  irinləməsi  zamanı  abses  açılır.  Sıyığaoxşar  möhtəviyyat 
çıxarılır, pərdə cərrahi qaşıqla qaşınır, yaraya drenaj qoyulur, antibakterial terapiya 
aparılır.  Yara  ikincili  sağalır,  əgər  residiv  baş  verərsə,  yuxarıda  göstərildiyi  kimi, 
ateroma çıxarılır.  
Ağız suyu vəzilərin xoşxassəli şişlərinin klinikasında üzün assimetriyası, şişkinlik, ağrılı 
tüpürcək ifrazının olması və ya olmaması müşahidə olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin