DİŞLƏRİN ANATOMİYASI
Daimi dişlər (dentes permanentes) 32 ədəd olub əng və çənə sümüklərinin
alveollarında yerləşir. Dişlərin 8 ədədi kəsici (dentes incisivi), 4 ədədi köpək (dentes
canini), 8 ədədi kiçik azı (dentes praemo-lares) və 12 ədədi isə böyük azı dişlər
(dentes molares) adlanırlar. Birinci iki qrup dişlərin vəzifəsi qidanı dişləyib və
parçalamaq, sonrakı qrupların vəzifəsi isə qidanı xırdalamaq və əzməkdən ibarətdir.
Təsadüfi deyil ki, birinci iki qrup dişlər birqabarcıqlı, sonrakı qruplar isə çox qabarcıqlı
dişlər adlanırlar.
Süd dişləri 20 ədəd olur. Kiçik azı dişləri olmur. 8 ədəd kəsici, 4 ədəd köpək, 8 ədəd
böyük azı dişləri (molyar) olur. Dişlərin vestibulyar, dil (damaq), kontakt (medial və
distal), çeynəmə səthləri vardır. Ümumilikdə 5 səth var.
Dostları ilə paylaş: |