Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə155/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   151   152   153   154   155   156   157   158   ...   162
Elektron diw

Neyrofibromatoz  (Reklinqauzen  xəstəliyi,  anadangəlmə  Bruns  elenfantiaz 
neyrofibromatozu və s.) irsi xəstəlik hesab edilir. Uşaq anadan olanda çoxlu miqdarda 
düyünlü böyünə, dəridə patoloji spesifik dəyişiklik müşahidə olunur. xəstəlik tədricən 
inkişaf edir və ən çox kliniki şəkili geniş formada kamil yaşda müşahidə olunur.  
Neyrofibromatozun  kliniki  əlamətləri  aşağıdakı  formalarda  aşkar  olunurlar:  dərinin 
piqmentasiyası,  dərinin  və  dərialtı  toxumanın  çoxsaylı  neyrofibromaları,  şiş  və  sinir 
köklərində qalınlıq, xəstədə fiziki və psixi dəyişiklik müşahidə olunur.  


Neyrofibromatoz  üzdə,  boyunda  yerləşə  bilər,  ən  çox  yanaq,  gicgah,  göz  qapağı 
nahiyələrdə rast gəlinir, sinir şaxəsi üzrə çoxlu şiş düyünlərlə xrakterizə olunur.  
Neyrofibromatoz çox vaxt dəridə piqmentli ləkə ilə bir yerdə müşahidə olunur. Bəzi 
hallarda  toxuma  zədələnməsi  o  qədər  çoxalır  ki,  böyük  dəri  kisəcikləri,  üzün  bir 
tərəfindən asıı vəziyyətdə olur.  
Neyrofibromatozun müalicəsi cərrahidir. Operativ yolla şişin çıxarılması bir etapla, iki 
etapla və çox etapla ola bilər.  
Rabdomioma  (sinonim:  Abrikosov  şişi,  mioblastomioma)  xoşxassəli  şişdir.  Bir  çox 
müəlliflər  onun  dizontogenetik  təbiətli  olduğunu  deyirlər.  Törəmə  hər  bir  yaş 
dövründə baç verə bilər.  
Şiş  əsasən yeni doğulmuş uşaqda müşahidə olunur. Ən çox dilin beli, kökündə rast 
gəlinir.  
Kliniki olaraq şiş yumuru formada sərt-elastik konsistensiyalılı. Pərdəsiz şəkildə olur. 
Törəmənin  üstündə  selikli  qişa  dəyişməmiş  olur.  Şiş  ağrısız,  tədricə  böyüyür. 
Rabdomiomanı fibroma ilə, limfangioma ilə differensasiya etmək lazımdır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin