Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


FORMALAŞMIŞ DİŞLƏRİN HİSTOLOGİYASI VƏ KİMYƏVİ TƏRKİBİ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə16/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   12   13   14   15   16   17   18   19   ...   162
Elektron diw

 
FORMALAŞMIŞ DİŞLƏRİN HİSTOLOGİYASI VƏ KİMYƏVİ TƏRKİBİ  
 
Mina {enamelwn}. Dişin ən sərt toxuması onun tac hissəsini örtən minasıdır. (250-
800 Vikkers vahidi). Diş minası ümumiyyətlə insan orqanizminin ən bərk toxuması 
hesab edilir. Minanın qalınlığı dişin müxtəlif yerlərində müxtəlif olur. Dişin çeynəmə 
qabarlarında minanın qalınlığı 1,5-1,7 mm-ə çatır. ən nazik yeri isə dişin boynunda 
olur və 0,01 mm-ə bərabər olur.  
Mina 4-6 mkm diametrli mina prizmalarından təşkil olunmuşdur. Mina 
prizmalarından dalğa şəkilli və S- ə bənzər əyriliklər olur. Buna görə də dişin boylama 
şlifində mina prizmalarının bəzi sahələri boylama, digər sahələri isə köndələn 
görünür. Mina prizmalarının belə boylama və köndələn şliflənmiş sahələrinin 


növbələşməsi minada radial istiqamətli, işıqlı və tünd zolaqların – Qutner-Şreger 
zolaqlarının əmələ gəlməsinə səbəb olur. Bundan başqa, mina şliflərində çəp 
istiqamətdə gedən sarı qəhvəyi zolaqlarda görünür. Köndələn şliflərdə bu zolaqlar 
ağac kəsiyini xatırladan konsentrik dairələr şəklindədir. Bunlara paralel mina 
zolaqları və ya Retsius xəstləri deyilir. Bu zolaqların əmələ gəlməsi dövriliklə, 
həmçinin minanın əmələ gəlmə və əhəngləşməsi prosesinin pozulması ilə 
əlaqəlidirlər. Yəni, mina prizmaları boyu az və çox əhəngləşmiş sahələrə rast gəlinir. 
Məhz həmin sahələr işığı müxtəlif dərəcədə sındırırlar. Minanın əmələ gəlməsindəki 
pozğunluqlar çox vaxt erkən uşaq yaşlarında keçirilmiş xəstəliklər və ya 
qidalanmanın pozulmaları ilə əlaqədar ol sərhəd təşkil edir. Neonatal xəttin 
meydana çıxması yenidoğulmuş uşağın yeni qidalanma şəraitinə uyğunlaşması 
dövründə minanın əmələ gəlməsindəki ur. Buna süd dişlərinin minasında tünd zolaq 
şəklində yerləşən neonatal xətt misaldır. Bu xətt anadan olana qədər və anadan 
olandan sonrakı dövrdə əm pozğunluqlarla əlaqələndirilir. Mina prizmaları boyu 
köndələn cizgilər də olur ki, bu da sutkalıq ritmin kalsium duzlarının prizmalarda 
çökməsinə təsiri ilə əlaqədardır.  
Minanın tərkibinin 95% - ni qeyri –üzvi maddələr (apatitlər), 1,2% - ni üzvi maddələr, 
3,8% -ni su təşkil edir. Bir sıra məlumatlarda isə minanın tərkibindəki üzvi 
maddələrin miqdarı 3% - ə qədər göstərilir.  Dişin sərt toxumalarında kalsium – 
fosfor nisbəti 1,67- dir. Dişin əsas toxumasını təşkil edən maddə - kalsium fosfor 
apatitlərdir.  
Qeyri–üzvi maddələrin 75,04% - ni hidroksiapatit, 12,06% - ni karbonatapatit, 4,39% 
- ni xlorapatit, 0,63% - ni flüorapatit, 1,33% - ni kalsium karbonat, 1,62% - ni isə 
maqnezium karbonat təşkil edir. Ümumiyyətlə minanın qeyri –üzvi birləşmələrinin 
tərkibində 37% kalsium, 17% isə fosfor olur. Minanın vəziyyətini də kalsium və 
fosforun münasibəti təyin edir. Onların bir- birinə nisbəti ayrı – ayrı faktorların (yaş 
deminerallaşma və s.) təsirindən dəyişmək üzrə daimi deyildir.  
Dişin minasının üzvi tərkibini isə zülallar, lipidlər və karbohidratlar təşkil edir. Minada 
zülalların aşağıdakı fraksiyaları ayırd edilmişdir: EDTA (etilendiamintetraasetat) və 
digər turşularda həll olunanlar – 0,17%, həll olunmayanlar – 0,18%, peptidlər və 
sərbəst aminturşular – 0,15%. Bu aminturşu tərkibli zülalların ümumi miqdarı 0,5% 
təşkil edir. Lipidlərin miqdarı 0,6%, sitratların (limon turşusu) miqdarı 0,1% - ə 
bərabərdir. Polisaxaridlər miqdarı isə hər 100 qram minaya 1,65 mqr karbohidrat 
həcmində müəyyən edilmişdir.  
Dentin {dentinum}. Dentin diş kütləsinin mühüm hissəsini təşkil edir. Dentində 
mineral duzlar minaya nisbətən az olur – 72%, qalan 28% isə üzvi maddələrin və 
suyun hesabına düşür. Qeyri –üzvi maddələrin əsasını kalsium fosfat (hidroksiapatit), 
kalsium karbonat, az miqdarda isə kalsium – filiorid təşkil edir. Bunlardan başqa 
maqnezium və natriumun karbonat duzlarına rast gəlinir. Dentinin qeyri–üzvi 
tərkibinə çoxlu miqdarda makro və mikroelementlər də daxildir.  
Dentinin üzvi əsasını isə zülallar, lipinlər və polisaxaridlər təşkil edir. Zülalların 
aminturşu tərkibi kollagenlor üçün tipikdir: qlisin, prolin və oksiprolininin çox 
miqdarı və kükürd tərkibli amin turşuların olmaması. Dişlərin dekalsinasiyası zamanı 


kalsium duzları həll olur, dentinin üzvi əsası isə qalır. Dentinin əsasında çoxlu 
miqdarda nazik dentin borucuqları və ya dentin kanalcıqları keçir. Bu kanalcıqlarda 
odontoblastların sitoplazmatik atmaları yerləşir. Dentin borucuqları dişin 
pulpasından başlayıb, radial istiqamətdə gedərək dentinin bütün qatından keçir. Bu 
borucuqların diametri 1-3 mikrometr olur. Öz gedişində dentin kanalcıqları bir- 
birləri ilə anastomozlaşan yan atmalar verirlər. Dentin borucuqlarının qalınlaşmış 
ucları mina qatına daxil olur. Bunlara mina şaxələri deyilir. Dentində örtük 
dentinindən əmələ gəlmiş xarici və pulpa ətrafı (predentin) dentindən əmələ gəlmiş 
daxili zonalar ayırd edilir. Dentinin bu zonaları bir- birindən tərkibindəki kollagen 
liflərin yerləşməsinə görə fərqlənirlər. Örtük dentinində kollagen liflər radial, pulpa 
ətrafı dentində isə tangensial istiqamətdə yerləşir. Toxunan yerlərdə radial və 
tangensial liflər bir - birinə qarışırlar.  
Dentinin əmələ gəlməsi dişlərin formalaşmasından sonrada davam edir. Formalaşmış 
dişdə əmələ gələn dentinə «ikincili dentin» deyilir. Embriogrnrz dövründə əmələ 
gələn birincili dentindən fərqli olaraq, ikincili dentində kollagen liflərin istiqaməti 
aydın olmur, dentin kanalcıqlarının isə özünəməxsus və dəqiq gedişi vardır. İkincili 
dentinin əmələ gəlməsi dişə müxtəlif qıcıqlandırıcıların təsirindən güclənir. Qismən 
minanın güclü sürtülməsi, dişlərin kariyesi və s. hallarda ikincili dentinin əmələ 
gəlməsi kariyes əmələ gətirən nahiyədə baş verir. Dişin pulpasında bəzən dentindən 
və dentiklərdən əmələ gəlmiş müxtəlif ölçü və formalı törəmələrə rast gəlinir. Onlar 
diş diş divarında və ya pulpada olur. Bundan asılı olaraq dentikllər sərbəst və 
divaryanı olurlar. Dentikllər odontoblastlardan əmələ gəlirlər.  
Sement (cementum). Sement dişin sərt toxumalarından biri olub dişin kökünü 
tamamilə əhatə edir. Dişin boynu nahiyəsində sement mina qatı ilə birləşir. 
Sementdəqeyri–üzvi mineral maddələr 68%, üzvi maddələr isə 32% təşkil edirlər. 
Quruluşuna görə sement kobud lifli sümüyü xatırladır. Sementin əsas maddəsinin 
kalsium duzları çökmüş kollagen liflər təşkil edir. Bu liflər sümük alveolla birləşir. İki 
cür sement vardır: hüceyrəsiz – ilkin və hüceyrəli – ikincili. Hüceyrəsiz sement diş 
kökünün yanlarında yerləşir. Hüceyrəlisement isə diş kökünün zirvəsində çoxköklü 
dişlərdə isə kökarası hissələrdə, yəni onların bifurkasiyası nahiyələrində yerləşir. 
Hüceyrəli sementdə atmalı hüceyrələr «sementositlər» vardır ki, bunlar da öz 
quruluşuna görə osteositlərə bənzəyir.  
Sümükdən fərqli olaraq, sementdə qan damarları yoxdur. Sementin qidalanması 
periodont vasitəsilə diffuziya nəticəsində olur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin