kənarında 4-5 ay bundan öncə xora yaranıb və həmin müddət ərzində ambulator
stomatoloji karta əsasında məlum olub ki, xəstə bu ərəfədə sağ aşağı 1-ci böyük azı
dişin kəskin pulpiti və kəskin periodontiti ilə həkim stomatoloqun bir
neçə dəfə
qəbulunda olub. Nə xəstə o
şiş barədə həkimə deməyib, nə də həkim ağız boşluğu
orqanlarına, o cümlədən dilin kənarına, o dişdən əks tərəfə diqqət yetirməyib.
Dilin xərçəngi çox
tez böyüyür, limfa düyünlərə keçir. Ona görə diaqnozun xəstəliyin
başlanğıc mərhələsində düzgün qoyulmaması qısa müddətdə şişin geniş yayılmasına
gətirib çıxarır. Artıq metastaz baş verir.
Dilin ön hissəsində şiş olan zaman metastaz ilk növbədə çənəaltı limfa düyünlərdə,
dilin arxasında olarsa, boyunun dərin limfa düyünlərində müşahidə olunur. dilin
xərçəngini qummoz, vərəm, travmatik xoralarla, aktinomikotik zədələnmə ilə
müqayisə etmək lazımdır.
Sitoloji, histoloji müayinələrlə diaqnoz dəqiqləşdirilir.
Dostları ilə paylaş: